https://sputnik.az/20220315/peskov-abs-la-dialoqun-mumkunluyu-ile-bagli-suali-cavablandirib-440172014.html
Peskov ABŞ-la dialoqun mümkünlüyü ilə bağlı sualı cavablandırıb
Peskov ABŞ-la dialoqun mümkünlüyü ilə bağlı sualı cavablandırıb
Sputnik Azərbaycan
Prezidentin mətbuat katibi qeyd edib ki, Putin hər zaman qarşılıqlı hörmət və narahatlıqları nəzərə almağa əsaslanan yaxşı münasibətlərin qurulmasının... 15.03.2022, Sputnik Azərbaycan
2022-03-15T16:10+0400
2022-03-15T16:10+0400
2022-03-15T16:15+0400
peskov
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya prezidenti vladimir putin
rusiya federasiyası
abş
dialoq
https://cdnn1.img.sputnik.az/img/42297/57/422975736_0:0:2942:1656_1920x0_80_0_0_5c2c8decf0230ce6a7b4a2d3e4d18ebe.jpg
BAKI, 15 mart — Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-la dialoqun mümkünlüyünü şərh edərkən bildirib ki, bütün ölkələr konstruktiv mövqe nümayiş etdirəcəkləri təqdirdə Rusiya Federasiyası onlarla əməkdaşlıqda maraqlıdır."Bir neçə onilliklər ərzində Prezident Vladimir Putin həmkarlarımızın, o cümlədən amerikalıların narahatlığını nəzərə alıb və onlardan bizim narahatlığımızı nəzərə almağı xahiş edib. İyirmi ildir ki, bu narahatlıqlar nəzərə alınmayıb: Prezident Putini və ölkəmizi fakt qarşısında qoyublar. Əgər bu münasibət həqiqətən konstruktiv münasibətə keçərsə, o zaman bizim prezidentin buna uyğun siyasi iradə göstərəcəyinə mən şübhə etmirəm”, – Peskov jurnalistlərin müvafiq sualını cavablandırarkən deyib.Prezidentin mətbuat katibi qeyd edib ki, Putin hər zaman qarşılıqlı hörmət və narahatlıqları nəzərə almağa əsaslanan yaxşı münasibətlərin qurulmasının tərəfdarı olub: “Rusiya bütün dünya ölkələri ilə yaxşı münasibətlər qurmaqda maraqlı olub, indi də maraqlıdır”.Ukraynada nə baş verirFevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.Artıq iyirmi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42297/57/422975736_143:0:2874:2048_1920x0_80_0_0_9a5ef14e8791b31e8c0df6c994beb772.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
peskov, rusiya prezidenti vladimir putin, rusiya federasiyası, abş, dialoq
peskov, rusiya prezidenti vladimir putin, rusiya federasiyası, abş, dialoq
Peskov ABŞ-la dialoqun mümkünlüyü ilə bağlı sualı cavablandırıb
16:10 15.03.2022 (Yenilənib: 16:15 15.03.2022) Prezidentin mətbuat katibi qeyd edib ki, Putin hər zaman qarşılıqlı hörmət və narahatlıqları nəzərə almağa əsaslanan yaxşı münasibətlərin qurulmasının tərəfdarı olub.
BAKI, 15 mart — Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-la dialoqun mümkünlüyünü şərh edərkən bildirib ki, bütün ölkələr konstruktiv mövqe nümayiş etdirəcəkləri təqdirdə Rusiya Federasiyası onlarla əməkdaşlıqda maraqlıdır.
"Bir neçə onilliklər ərzində Prezident Vladimir Putin həmkarlarımızın, o cümlədən amerikalıların narahatlığını nəzərə alıb və onlardan bizim narahatlığımızı nəzərə almağı xahiş edib. İyirmi ildir ki, bu narahatlıqlar nəzərə alınmayıb: Prezident Putini və ölkəmizi fakt qarşısında qoyublar. Əgər bu münasibət həqiqətən konstruktiv münasibətə keçərsə, o zaman bizim prezidentin buna uyğun siyasi iradə göstərəcəyinə mən şübhə etmirəm”, – Peskov jurnalistlərin müvafiq sualını cavablandırarkən deyib.
Prezidentin mətbuat katibi qeyd edib ki, Putin hər zaman qarşılıqlı hörmət və narahatlıqları nəzərə almağa əsaslanan yaxşı münasibətlərin qurulmasının tərəfdarı olub: “Rusiya bütün dünya ölkələri ilə yaxşı münasibətlər qurmaqda maraqlı olub, indi də maraqlıdır”.
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.