CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əcnəbi narkotacirə kuryerlik edən şəxs iş başında yaxalandı

© AFP 2023 / RODGER BOSCHNarkotik, arxiv şəkli
Narkotik, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.03.2022
Abunə olmaq
Sonuncu dəfə əcnəbi şəxs kuryerindən Balakəndə olan narkotik vasitəni götürüb, Bakıya aparmasını istəyib.
BAKI, 14 mart — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri qəbul edib, onlayn yolla əvvəlcədən deyilən ünvanlara qoymaqla satışını təşkil edənlər tutulub. Nəticədə 10 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb.
Sputnik Azərbaycan-ın Daxili İşlər Nazirliyinin Şəki regional qrupuna istinadən xəbərinə görə, daxil olan məlumat əsasında keçirilən tədbir zamanı Bakı şəhər sakinləri - əvvəllər bir neçə dəfə məhkum olunan Nurlan Rzayev və Elçin Kərəkməzli, eləcə də Sumqayıt sakini Zaur Rzayev saxlanılıb.
Taksi fəaliyyəti ilə məşğul olan sonuncunun idarə etdiyi “Toyota” markalı avtomobilə baxış keçirilərkən 7 kiloqram 400 qram qurudulmuş marixuana, 2 kiloqrama yaxın heroin və 312 qram psixotrop maddə olan metamfetamin aşkarlanıb. Şəxsi axtarış zamanı N.Rzayevdən isə heroin götürülüb.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Nurlan Rzayev qonşu ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb olunub.
Sonuncu dəfə isə həmin əcnəbi şəxsin narkotik vasitəni Balakən rayonu ərazisindən Gürcüstana keçirmək cəhdi baş tutmadığından o, kuryerindən Balakəndə olan narkotik vasitəni götürüb, Bakıya aparmasını istəyib.
Bunun qarşılığında isə Nurlana 5 min manat verəcəyəni bildirib. Razılığa gəldikdən sonra N.Rzayev tanışları Z.Rzayev və E.Kərəkməzli ilə Balakənə gəlib, narkotik vasitəni “WhatsApp” üzərindən ona göndərilən şəkillərdə göstərilən yerdən götürüb, geri qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılıblar.
Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Polis - Sputnik Azərbaycan, 1920, 02.03.2022
CƏMİYYƏT
Narkotik tacirləri fürsəti fövtə vermir: Azərbaycanı Kolumbiyaya çeviriblər - VİDEO
Xəbər lenti
0