Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan boksçularının Avropa çempionatındakı ilk rəqibləri bəlli olub

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidAzərbaycan boksçuları, arxiv şəkli
Azərbaycan boksçuları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.03.2022
Abunə olmaq
Avropa çempionatında 39 ölkədən 213 oğlan, 102 qız boksçu mükafatlar uğrunda mübarizə aparacaq.
BAKI, 13 mart - Sputnik. Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 13 - 23 martda baş tutacaq yarışda Azərbaycan boksçularının da ilk rəqibləri bəlli olub.
Yığmanın heyətində ilk olaraq rinqə Cəlal Qurbanov çıxacaq. 63,5 kq çəki dərəcəsində yer alan idmançı finlandiyalı Yere Niemelainenlə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatında 39 ölkədən 213 oğlan, 102 qız boksçu mükafatlar uğrunda mübarizə aparacaq.
U-22, Avropa çempionatı
13 mart
1/16 final
63,5 kq
Cəlal Qurbanov – Yere Niemelainen (Finlandiya)
14 mart
1/16 final
67 kq
Nəbi İsgəndərov – Luka Nikabadze (Gürcüstan)
75 kq
Mirşərif Kazımzadə – Hikki Sam (Şotlandiya)
15 mart
1/8 final
80 kq
Murad Allahverdiyev – Kromvell Kommi (İtaliya)/Rafael Monni (Fransa)
19 mart
1/4 final
51 kq
Nicat Hüseynov – Antonio Payva (İrlandiya)
54 kq
Ruslan Qədirov – Marian Çinio (Rumıniya)/Başkim Bayoku (Kosovo)
57 kq
Maqsud Xasmetov – Matteu Teylor (İrlandiya)/Taha Akkoyun (Türkiyə)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0