DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkmənistanda prezident seçkilərində yüksək seçici fəallığı qeydə alınıb

© AFP 2023 / JENS SCHLUETERSeçkilər
Seçkilər - Sputnik Azərbaycan, 1920, 12.03.2022
Abunə olmaq
Dövlət başçısı postuna üç partiyadan 9 nəfərin namizədliyi qeydə alınıb. Onların sırasında hazırkı prezidentin oğlu Sərdar Berdıməhəmmədov da var.
BAKI, 12 mart - Sputnik. Türkmənistanda növbədənkənar prezident seçkiləri başa çatıb.
Türkmənistan Mərkəzi Seçki Komissiyası xəbər verib ki, seçkilərdə seçici fəallığı 97,12% olub.
Fevralın 11-də Prezident Qurbanqulu Berdiməhəmmədov növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar verib.
Dövlət başçısı postuna üç partiyadan 9 nəfərin namizədliyi qeydə alınıb. Onların sırasında hazırkı prezidentin oğlu Sərdar Berdıməhəmmədov da var.
Ölkə qanunlarına görə seçicilərin iştirakı üzrə minial tələb yoxdur, bu isə o deməkdir ki, seçkilər hər bir halda baş tutmuş hesab olunur.
Sərdar Berdıməhəmmədov bəyanat verib ki, qalib gələcəyi təqdirdə ölkəsi neytral statusunu qoruyacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0