CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyada helikopter qəzasında həlak olan jurnalist bu gün Qubada dəfn ediləcək

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidHelikopter, arxiv şəkli
Helikopter, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.03.2022
Abunə olmaq
Rusiyanın Sankt-Peterburq şəhərində helikopter qəzasında həlak olmuş Müşfiq İbrahimov Quba rayonunun Amsar kəndindəndir.
BAKI, 11 mart — Sputnik. Rusiyanın Sankt-Peterburq şəhərində helikopter qəzasında həlak olmuş 40 yaşlı azərbaycanlı jurnalist Müşfiq Mətləb oğlu İbrahimov bu gün saat 2-də , doğulub boya-başa çatdığı Quba rayonunda dəfn ediləcək.
Yaxınlarının Sputnik Azərbaycan-a verilən məlumata görə, onun nəşi artıq dünən rayona gətirilib. Ailəsinin verdiyi məlumata görə, mərhumun atası Mətləb İbrahimov oğlunun ölümündən xəbərsiz imiş. O, oğlunun ölüm xəbərini alan kimi infarkt keçirib. Anası isə çoxdan dünyasını dəyişib.
Onu da qeyd edək ki, Müşviq İbrahimov uzun illərdir ki, Rusiyada yaşayırdı. Onun üç övladı var. O martın 8-də dostu ilə helikopterlə təlim uçuşu zamanı qəzaya uğrayıb. Qəza zamanı onlar həlak olub. Müşfiq İbrahimov Quba rayonunun Amsar kəndindəndir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0