CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əfv sərəncamı altı minə yaxın məhbusa şamil edilib

© Sputnik / Murad OrujovAzərbaycanda cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası, 3 dekabr 2021-ci il
Azərbaycanda cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası, 3 dekabr 2021-ci il - Sputnik Azərbaycan, 1920, 11.03.2022
Abunə olmaq
Amnistiya aktının icrası ilə bağlı 15 şikayət edilib, onlardan 14-ü araşdırılmaqla nazirliyin rəhbərliyinə məruzə edilib.
BAKI, 11 mart — Sputnik. 1995-2003-cü illərdə qəbul olunmuş 7 amnistiya aktı 77 mindən çox insana şamil edilib, imzalanmış 32 əfv fərmanı ilə 3100-dən çox məhkum bağışlanıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova jurnalistlər üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, son 18 ildə 35 əfv sərəncamı imzalanıb, 5.672 nəfərə tətbiq olunub.
Bundan başqa, A.Sabitova qeyd edib ki, zəfər günü ilə bağlı amnistiyanın icrası tam başa çatıb. O bildirib ki, amnistiyanın icrası 4 ay müəyyən edilib, martın 5-də onun icrası artıq başa çatıb: "8 noyabr - Zəfər Günü münasibətilə elan edilmiş Amnistika aktının icrası ilə bağlı Ədliyyə Nazirliyi üzrə daxil olmuş şikayətlərin araşdırılması üçün Monitorinq qrupu yaradılıb. Amnistiya aktının icrası ilə bağlı 15 şikayət edilib. Onlardan 14-ü araşdırılmaqla nazirliyin rəhbərliyinə məruzə edilib".
A.Sabitova qeyd edib ki, onlardan 5-i Cəzaların icrasına nəzarət üzrə müfəttişlik, 1-i İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi tərəfindən Monitorinq qrupuna göndərilib, 1-i prokurorluğun “Qaynar xətt”indən, 6-ı Katiblikdən bilavasitə daxil olmuş, 2-si isə Monitorinq qrupuna məlumat verilməklə Penitensiar xidmət tərəfindən məzurə edilib:
‘’Şikayətlərdən 2-si probasiya, digərləri isə Penitensiar xidmətlə əlaqədar olub. Araşdırmalarla bütün şikayətlərin əsassız olması müəyyən edilib, onlardan 6-sı məlum Amnistiya Aktının təsiri dairəsinə düşməyən məhkumlar barəsində, 6-sı zərərçəkmiş şəxslərin şikayətləri, 3-ü şikayət daxil olanadək barəsində amnistiyanın tətbiqi ilə bağlı tədbirlər görülmuş məhkumlar barəsində olmuş, 2-i üzrə şikayət daxil olduqdan sonra amnistiyanın tətbiqi ilə bağlı tədbir görülüb’.
Qeyd olunub ki, şikayətlərdən biri üzrə aşkar edilmiş pozuntular Ağsu rayon icra və probasiya şöbəsinin probasiya üzrə stajoru Məqsəd Cavadlının və şöbə rəisi Emil Əhmədlinin diqqətinə çatdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0