Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda qadının ərini bıçaqlaması ilə bağlı məlumat

© Sputnik / Anar MustafayevƏli qandallanmış qadın, arxiv şəkli
Əli qandallanmış qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.03.2022
Abunə olmaq
Hər iki şəxs polis şöbəsinin inzibati ərazisini tərk edəndən sonra H.Nadirov təkrar polisə müraciət edərək qadının küt alətlə onun qol nahiyəsinə xəsarət yetirdiyi barədə şikayət edib.
BAKI, 9 mart — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Bakıda qadının ərini bıçaqlaması ilə bağlı məlumat yayıb. Sputnik Azərbaycan-a DİN-in Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarovun verdiyi məlumata görə, vətəndaş H.Nadirov DİN-in "102" Xidməti-Zəng Mərkəzinə müraciət edərək həyat yoldaşı J.Nadirovanın ona övladlarını göstərməməsi səbəbindən intihar edəcəyini bildirib.
Daha sonra həmin şəxs polislər tərəfindən Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə dəvət edilib. Orada onunla profilaktiki söhbət aparılıb. H.Nadirovun həyat yoldaşı J.Nadirova da polis şöbəsinə dəvət olunub.
Onlara aralarında yaranan mübahisənin həlli üçün məhkəməyə müraciət etmələri tövsiyə edilib. Hər iki şəxs polis şöbəsinin inzibati ərazisini tərk edəndən sonra H.Nadirov təkrar polisə müraciət edərək qadının küt alətlə onun qol nahiyəsinə xəsarət yetirdiyi barədə şikayət edib.
Hadisə şöbənin inzibati binasında və ya həyətində baş verməyib. Daha sonra hər iki şəxs yenidən şöbəyə gətirilib, onların izahatları alınıb. Hadisə ilə bağlı ekspertiza təyin edilib. Araşdırmaların yekunudan və ekspertizanın rəyindən sonra hadisəyə hüquqi qiymət veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Мужчина с ножом, иллюстративное фото - Sputnik Azərbaycan, 1920, 07.03.2022
HADİSƏ
Qızını qətlə yetirən ata tutulub
Xəbər lenti
0