Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukraynanın qaz nəqli sisteminə qarşı təxribatlar haqda RF-nın əlində məlumat var - Novak

© Sputnik / Grigory Sysoev / Mediabanka keçidRusiya baş nazirinin müavini Aleksandr Novak
Rusiya baş nazirinin müavini Aleksandr Novak  - Sputnik Azərbaycan, 1920, 08.03.2022
Abunə olmaq
Baş nazirin müavini deyib ki, Rusiya Avropanın onun enerji resurslarından imtinasına hazırdır və onları hara yönəldəciyini bilir.
BAKI, 8 mart - Sputnik. Rusiya baş nazirinin müavini Aleksandr Novak Ukrayna ətrafında vəziyyətlə bağlı bəyanat verib.
"Şimal axını-2” layihəsinə qadağa səbəbindən cavab olaraq Rusiyanın “Şimal axını-1” kəməri ilə qaz ötürülməsini dayandırmağa haqqı var, lakin bunu etmir" - o bildirib.
Novak qeyd edib ki, neftin bir barrelinin qiymətinin 130 dollara qədər qalxması qərb ölkələrinin Rusiya nefti və neft məhsullarından imtinası barədə bəyanatları səbəbindən baş verib: "Rusiya neftindən imtina dünya bazarı üçün fəlakətə çevrilə bilər və bir barrel üçün qiymətin $300-dək və daha da bahalaşmasına səbəb olar. Neft və qaz qiymətlərinin artması Avropanın bərbad enerji siyasətinin nəticəsidir, Rusiyanın hazırkı qiymət sıçrayışına aidiyyatı yoxdur".
Baş nazirin müavini deyib ki, Rusiya Avropanın onun enerji resurslarından imtinasına hazırdır və onları hara yönəldəciyini bilir.
O həmçinin əlavə edib ki, Ukraynanın qaz nəqli sisteminə qarşı təxribatların hazırlandığı barədə Rusiyanın əlində məlumatlar var: "Bu təhlükəlidir və Moskva bunda maraqlı deyil".
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on üç gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0