DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünyada COVID-19-dan ölənlərin sayı altı milyonu ötüb

© AFP 2023 / SIMON MAINAЛюди проходят мимо граффити с изображением коронавируса, фото из архива
Люди проходят мимо граффити с изображением коронавируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.03.2022
Abunə olmaq
Martın 6-a olan məlumata görə, son sutka ərzində Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 374 yeni yoluxma faktı qeydə alınıb.
BAKI, 7 mart - Sputnik. ABŞ-ın Federal və yerli hakimiyyət orqanlarının, eləcə də medianın və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universitetinin məlumatına görə, pandemiyanın başlanmasından bəri qlobal koronavirusdan ölənlərin sayı 6 milyonu ötüb.
RİA Novosti xəbər verir ki, Universitetin məlumatlarına görə, pandemiyanın başlanğıcından indiyədək 6 milyon 097 nəfər ölüb, 446 milyondan çox yoluxma qeydə alınıb.
Qeyd edək ki, martın 6-a olan məlumata görə, son sutka ərzində Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 374 yeni yoluxma faktı qeydə alınıb, 1 029 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 284 test icra olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakı - Sputnik Azərbaycan, 1920, 04.03.2022
CƏMİYYƏT
Qadağalar ləğv olunmalıdır... Ölkədə vaksin də, dərman da, test də biznesdir - Deputat
Xəbər lenti
0