CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağda tullantılar bu cür idarə olunacaq

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidDağıdılmış Ağdam şəhərinə mənzərə
Dağıdılmış Ağdam şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 05.03.2022
Abunə olmaq
Bu ərazilərdə tullantıların idarə edilməsi layihəsinin effektivliyi üçün qısamüddətli və uzunmüddətli planlar müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub.
BAKI, 5 mart — Sputnik. "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının iclasında cəmiyyətin strategiyası, investisiyalar və təyinatlar üzrə fəaliyyəti müzakirə olunub.
Sputnik Azərbaycan ASC-yə istinadən xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə keçirilən tədbirdə həmçinin Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak edib.
Eyni zamanda, iclas iştirakçıları cəmiyyətin işğaldan azad edilmiş ərazilərdə tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi ilə bağlı görəcəyi işləri nəzərdən keçiriblər.
© Sputnik / Musa MuradliBərdənin Güloğlular yeni qəsəbəsində, arxiv şəkli
Bərdənin Güloğlular yeni qəsəbəsində, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.03.2022
Bərdənin Güloğlular yeni qəsəbəsində, arxiv şəkli
İclasda bu ərazilərdə tullantıların idarə edilməsi layihəsinin effektivliyi üçün qısamüddətli və uzunmüddətli planlar müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub.
Qeyd edək ki, "Təmiz Şəhər"in Müşahidə Şurasının tərkibi Azərbaycan Prezidentinin 2021-ci il 22 sentyabr tarixli Sərəncamına əsasən yenidən formalaşdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Zibil daşıyan maşın - Sputnik Azərbaycan, 1920, 13.01.2022
PAYTAXT XƏBƏRLƏRİ
Bakıda ingilis layihəsi necə işə yarayır?
Xəbər lenti
0