Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Şoyqu xüsusi əməliyyatın əsas məqsədini açıqladı

© Sputnik / Ministry of Defence of the Russian Federation / Вадим Савицкий / Mediabanka keçidŞoyqu
Şoyqu  - Sputnik Azərbaycan, 1920, 01.03.2022
Abunə olmaq
RF Müdafiə naziri bildirib ki, Rusiya ordusu Ukrayna ərazisini işğal etmir.
BAKI, 1 mart — Sputnik. Rusiya ordusu Ukraynada xüsusi hərbi əməliyyatı qoyulmuş vəzifələr yerinə yetirilənədək davam etdirəcək, əsas vəzifə Rusiyanı Qərb tərəfindən xarici hərbi təhlükədən qorumaqdır. Bu barədə RF Müdafiə naziri Sergey Şoyqu bəyan edib.
"Rusiya Federasiyası silahlı qüvvələrinin qruplaşması xüsusi hərbi əməliyyatı qoyulmuş vəzifələr yerinə yetirilənədək davam etdirəcək ", - Şoyqu bu gün keçirilən müşavirədə deyib.
Onun sözlərinə görə, xüsusi hərbi əməliyyat “Donbas əhalisinin müdafiəsi, Ukraynanın demilitarizasiyası və denasifikasiyası məqsədi ilə keçirilir”.
"Bizim üçün əsas Rusiya Federasiyasını Qərb ölkələri tərəfindən yaradılan hərbi təhlükədən qorumaqdır. Onlar Ukrayna xalqını ölkəmizə qarşı mübarizədə istifadə etmək istəyirlər", - nazir qeyd edib.
O qeyd edib ki, Rusiya ordusu "Ukrayna ərazisini işğal etməyəcək və dinc sakinlərin həyatının qorunması və təhlükəsizliyi üçün bütün tədbirləri görür".
"Vurğulayım ki, zərbələr yalnız hərbi obyektlərə və yalnız yüksək dəqiq silahla endirilir", - nazir bildirib.
Onun sözlərinə əsasən, öz növbəsində Ukrayna tərəfi dinc sakinlərdən canlı qalxan kimi istifadə edir.
"Döyüş qarşılaşmaları zamanı Ukrayna tərəfi dinc sakinlərdən canlı qalxan kimi istifadə etməkdən çəkinmir. Yaylım atəşli reaktiv sistemləri, silahlar, irikalibrli minomyotlar yaşayış binalarının həyətlərində, məktəblərin, uşaq bağçalarının yaxınlığında yerləşdirilir", - deyə Şoyqu selektor müşavirəsində qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0