Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Məhkumların sağlam qalması üçün nə etməli?

© AFP 2023 / DOMINIQUE FAGETHəbsxana, arxiv şəkli
Həbsxana, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.03.2022
Abunə olmaq
Penitensiar Xidmətin müəssisələrində saxlanılan şəxslərin icbari tibbi sığortası qanunvericilikdə nəzərdə tutulmadığı üçün bəzi zəruri müayinə və müalicələrin TƏBİB-in tabeliyində olan tibb müəssisələrində həyata keçirilməsi mümkün olmayıb.
BAKI, 1 mart - Sputnik. Məhkumların xəstəxanalarda müalicəsi üçün sığortalanmaları təklif edilir.
Həbs edilmiş, habelə müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərin dövlət hesabına müalicə alması təklif edilir.
Bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Bildirilib ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində ixtisaslaşmış tibbi müayinənin həyata keçirilməsində zəruri olan bəzi tibbi avadanlıqların, həmçinin mütəxəssis həkimlərin olmaması səbəbindən bəzi hallarda həbs yerlərində saxlanılan şəxslərin, habelə məhkumların sağlamlıq vəziyyətinin, o cümlədən ağırlaşmaların dəqiq müəyyən edilməsi, əhatəli müayinə və müalicənin effektiv təşkili mümkün olmayıb. Bununla belə, Penitensiar Xidmətin müəssisələrində saxlanılan şəxslərin icbari tibbi sığortası qanunvericilikdə nəzərdə tutulmadığı üçün bəzi zəruri müayinə və müalicələrin TƏBİB-in tabeliyində olan tibb müəssisələrində həyata keçirilməsi mümkün olmayıb.
Belə ki, həbs edilmiş şəxslər, habelə müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslər (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) "Tibbi sığorta haqqında" qanunla müəyyən edilmiş sığortaolunanların kateqoriyasına aid edilməyib:
"Göründüyü kimi, qanunun müvafiq müddəası həbs edilmiş, habelə müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərin sağlamlıq vəziyyətinin dövlət hesabına əhatəli müayinə və müalicəsinə imkan vermir. Qeyd edilənlər nəzərə alınaraq, həbs edilmiş, habelə müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərin sağlamlığının qorunması hüququnun effektiv müdafiəsi məqsədilə belə şəxslərin müayinə və müalicəsinin Penitensiar Xidmətin Müalicə Müəssisəndə aparılması mümkün olmadıqda, zəruri tibbi xidmətlərin digər tibb müəssisələrində dövlət hesabına həyata keçirilməsi ilə bağlı müvafiq qanunvericiliyə zəruri əlavə və dəyişikliklərin edilməsi vacibdir".(APA)
Xatırladaq ki, bu günə qədər Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, həmçinin aidiyyəti məhkəmələr tərəfindən 12 570 nəfərə amnistiya tətbiq edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0