CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İƏT Parlament İttifaqının Baş katibi Sahibə Qafarovaya məktub ünvanlayıb

© Photo : Milli Mejlis of the Azerbaijan RepublicAzərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova
Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova - Sputnik Azərbaycan, 1920, 26.02.2022
Abunə olmaq
Məktubda 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilmiş qətliam Azərbaycan xalqına qarşı qəddarlıq nümunəsi kimi dəyərləndirilib
BAKI, 26 fevral — Sputnik. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyass Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya məktub ünvanlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, məktubda "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyaya zidd olan və 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilmiş bu qətliam Azərbaycan xalqına qarşı qəddarlıq nümunəsi kimi dəyərləndirilib.
Bildirilib ki, "BMT Baş Assambleyasının 9 dekabr 1948-ci ildə qəbul edilmiş 260 saylı Qətnaməsinə əsasən, bu cür hadisələr qətliam kimi qiymətləndirilir və qətiyyətlə pislənilir. Məktubda Azərbaycan xalqına, hökumətinə, parlamentinə bir daha tam dəstək ifadə olunub.
İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibi Xocalı soyqırımının ildönümü münasibətilə bir daha dərin hüznlə başsağlığı verib, bütün dünya xalqlarına, xüsusən də Azərbaycan xalqına layiq olduğu sülh və firavanlıq arzularını bildirib.
Xocalı soyqırımının törədilməsindən 30 il ötür
Bu il xalqımız Xocalı soyqırımının 30-cu ildönümünü qeyd edir. Bununla bağlı bir sıra anım tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi.
Otuz ildir ki, xalqımız bu qanlı cinayətin mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, Xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. 30 illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün xalqımız Bakıdakı "Ana harayı" abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Artıq Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il - Sputnik Azərbaycan, 1920, 25.02.2023
CƏMİYYƏT
Canlı şahid: Meşədə ağacdan çox meyit var idi
Xəbər lenti
0