CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 20 milyon manatdan artıq dəyəri olan narkotik dövriyyədən çıxarılıb

© AFP 2023 / ORLANDO SIERRAnarkotik
narkotik  - Sputnik Azərbaycan, 1920, 25.02.2022
Abunə olmaq
Göstərilən dövr ərzində 2165 ədəd metadon və 73 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.
BAKI, 25 fevral — Sputnik. Сari ilin yanvar ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 969 cinayət faktı aşkarlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, onlardan 342-si narkotik vasitələrin qanunsuz satışı, 618-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 5-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 4-ü isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Сari ilin yanvar ayı ərzində qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 614 kq 942,991 qr narkotik vasitələrin və psixotrop maddələrin 265 kq 299,28 qr-nı heroin, 204 kq 953,323 qr-nı marixuana, 76 kq 032,52 qr-nı tiryək, 4 kq 993,744 qr-nı həşiş, 198,940 qr-nı kokain, 60 kq 064,847 qr-nı psixotrop maddələr, 3 kq 400,337 qr-nı isə digər narkotik vasitələr təşkil edib.
Həmçinin göstərilən dövr ərzində 2165 ədəd metadon və 73 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.
2022-ci ilin yanvar ayı ərzində qanunsuz dövriyyədən götürülən 614 kq 942,991 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 20 milyon 711 min AZN (12 milyon 183 min ABŞ dolları) kimi qiymətləndirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Xəbər lenti
0