NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Yunanıstan Azərbaycandan gələn qaz kəmərinin bütün imkanlarından istifadə edəcək

© AFP 2023 / LOUISA GOULIAMAKIYunanıstan bayrağı
Yunanıstan bayrağı - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Abunə olmaq
Ötən ilin yekunlarına görə Azərbaycan Avropaya 8,1 milyard kubmetr qaz ixrac edib. Bu həcmin 6,8 milyard kubmetrdən çoxu İtaliyaya, təxminən 1,2 milyard kubmetri isə Yunanıstan və Bolqarıstana verilib.
BAKI, 24 fevral - Sputnik. Yunanıstan hökuməti təbii qaz idxalını artırmaqla öz siyasətini Ukraynadakı son hadisələrdən yaranan yeni vəziyyətə uyğunlaşdırır. Ölkə hökumətinin nümayəndəsi Yannis İkonomu cümə axşamı brifinqdə bildirib ki, bu istiqamətdə Azərbaycandan gələn boru kəmərinin bütün imkanlarından istifadə olunacaq.
“Enerji səmərəliliyinə artıq nail olunub və biz enerji qiymətlərindəki dalğalanmalara ən yaxşı şəkildə cavab verəcək və onları yumşaldacaq ssenarilər üzərində işləyirik. Sıxılmış təbii qazın və adi təbii qazın əlavə tədarükü nəzərdə tutulub. Bu istiqamətdə Azərbaycandan gələn kəmərin bütün imkanlarından istifadə olunacaq”, - deyə İkonomu bildirib.
O eyni zamanda qarışıq tipli elektrik stansiyalarının həm təbii qazdan, həm də neft məhsullarından istifadə etməklə elektrik enerjisi istehsal etmək imkanından istifadə ediləcəyini də bildirib.
İkonomu həmçinin bildirib ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bu axşam Brüsseldə keçiriləcək Aİ sammitində enerji probleminin ümumavropa həlli məsələsini qaldıracaq.
"Enerji qiymətlərindəki artımın qarşısını almaq üçün Avropa maliyyə alətlərinə ehtiyac var", - hökumət nümayəndəsi bildirib.
Yunanıstanın Ekologiya və Energetika Nazirliyi isə öz növbəsində təcili olaraq nazir yanında böhranla mübarizə qrupunun iclasını çağırıb.
© 112.uaqaz boru kəməri
qaz boru kəməri - Sputnik Azərbaycan, 1920, 24.02.2022
qaz boru kəməri
Belə ki, Yunanıstan Rusiya qazının tədarükünün mümkün dayandırılması halında enerji çatışmazlığından ehtiyat edir.
Bir müddət əvvəl TAP AG boru kəməri şirkəti məlumat verib ki, 2020-ci il dekabrın 31-dən 2021-ci il dekabrın 31-dək TAP vasitəsilə Avropaya ixrac edilən Azərbaycan qazının həcmi 8,1 milyard kubmetr təşkil edib.
Bu həcmin 6,8 milyard kubmetrdən çoxu İtaliyaya, təxminən 1,2 milyard kubmetri isə Yunanıstan və Bolqarıstana verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Neft - Sputnik Azərbaycan, 1920, 24.02.2022
RUSİYA
Rusiyadan neft-qaz tədarükü müntəzəm rejimdə davam edir
Xəbər lenti
0