CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda jurnalist öz əmisi oğlu tərəfindən qətlə yetirilib

© Sputnik / Ilham MustafayevPPX
PPX - Sputnik Azərbaycan, 1920, 22.02.2022
Abunə olmaq
İlkin araşdırmalarla Ə.Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.
BAKI, 22 fevral — Sputnik. Bakıda 24 yaşlı şəxs qətlə yetirilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda qeyd edilib.
Bildirilib ki, bu gün saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb.
Belə ki, 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla Ə.Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Ə.Güləliyev tutularaq istintaqa təhvil verilib. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Əvəz Şıxməmmədov (Hafizli) son illərdə onlayn jurnalistika ilə məşğul olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Xəbər lenti
0