CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusdan sonra insult riski barədə xəbərdarlıq

© AFP 2023 / HANNAH MCKAYHəkim
Həkim  - Sputnik Azərbaycan, 1920, 21.02.2022
Abunə olmaq
Qan damarlarının divarlarının zədələnməsi həyati təhlükəsi olan xəstəliklərə səbəb ola bilər.
BAKI, 21 fevral — Sputnik. Koronavirus zamanı beyin damarlarının zədələnmə riski artır. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu nevroloq Yuliya Yevsyutina bildirib.
Mütəxəssisin fikrincə, damarların zədələnməsinə təsir edən əsas səbəblər arterial təzyiqin artması, ateroskleroz və şəkər xəstəliyidir.
Ekspertin qeyd etdiyi kimi, COVID-19-dan sonra ürək-damar xəstəliklərinin inkişaf riskləri də arta bilər.
O, əlavə edib ki, qan damarlarının divarlarının zədələnməsi həyati təhlükəsi olan xəstəliklərə səbəb ola bilər.

"Bu, insult, yəni beyində qan dövranının kəskin pozulması və infarkt - ürək miokardının kəskin zədələnməsidir", - deyə həkim vurğulayıb. Həkim beyin qan dövranı pozulma əlamətlərini sadalayıb. Bədənin bir tərəfində qol və ya ayaq zəifləyib keyiyirsə o zaman həyəcan siqnalı vermək lazımdır. Ən təhlükəlisi yaddaş pozğunluğu və insanın bir sözü xatırlaya bilməməsidir. Nitqin pozulması, koordinasiya, üzün əyilməsi, başgicəllənmə, qulaqda səs-küyün olması mümkündür.

Mütəxəssis həmçinin hərtərəfli müayinə edilməyi tövsiyə edib.
Xatırladaq ki, ürək-damar cərrahı Aleksey Kupryaşov bildirib ki, koronavirusa yoluxduqdan sonra mütləq ürək və qan damarlarını yoxlamaq lazımdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
əməliyyat - Sputnik Azərbaycan, 1920, 20.02.2022
CƏMİYYƏT
Kişilər daha çox hansı estetik əməliyyat üçün müraciət edir? - ARAŞDIRMA
Xəbər lenti
0