CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Emin Əmrullayev Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub

© Photo : AZƏRTACEmin Əmrullayev Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Emin Əmrullayev Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
 - Sputnik Azərbaycan, 1920, 20.02.2022
Abunə olmaq
Nazir muzeyin otaqlarını gəzib, burada fəaliyyət göstərən musiqi, xalçaçılıq və ingilis dili kurslarının müəllim və şagirdləri ilə görüşüb.
BAKI, 20 fevral - Sputnik. Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayev Tbilisidəki M.F.Axunzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olub. Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva M.F.Axundzadənin həyat və yaradıcılığı, muzeyin fəaliyyəti, burada saxlanılan eksponatlar barədə nazirə ətraflı məlumat verib.
Bildirilib ki, muzey Azərbaycan mədəniyyətinin təbliğində mühüm rol oynayır.
Nazir muzeyin otaqlarını gəzib, burada fəaliyyət göstərən musiqi, xalçaçılıq və ingilis dili kurslarının müəllim və şagirdləri ilə görüşüb.
© Photo : AZƏRTACEmin Əmrullayev Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Emin Əmrullayev Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
 - Sputnik Azərbaycan, 1920, 20.02.2022
Emin Əmrullayev Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Məlumat verilib ki, son illər onlarla məktəbli, yeniyetmə və gənc muzeydə fəaliyyət göstərən kurslarda Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisi barədə ətraflı məlumat alıb, xalçaçılıq və digər xalq sənətinin sirlərini öyrəniblər.
Emin Əmrullayev muzeyin fəaliyyətini yüksək qiymətləndirib, kollektivə uğurlar arzulayıb.
Nazir muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Moskvada Azərbaycan mədəniyyəti günləri - Sputnik Azərbaycan, 1920, 20.02.2022
RUSİYA
“Moskvada Azərbaycan günləri” başlayır
Xəbər lenti
0