Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Rusiya qoşunları "İskəndər", "Yars" raketlərilə təlim keçdi - VİDEO

Abunə olmaq
Rusiya Müdafiə Nazirliyi strateji cilovlama qüvvələrinin təlimlərindən görüntülər paylaşıb. Təlimlər Rusiyanın Ali Baş Komandanı Vladimir Putinin rəhbərliyi altında keçirilib.
Təlimlərdə hipersəs aeroballistik "Xəncər" raketi buraxılıb, "İskəndər" operativ-taktiki kompleksindən atışlar yerinə yetirilib, bu fonda Ty-95MC strateji bombardmançıları uçublar.
Şumal və Qara dəniz donanmasının gəmi və sualtı qayıqlarından qanadlı "Kalibr" və "Sirkon" hipersəs raketləri buraxılıb.
Manevrlər zamanı Plesetsk kosmodromundan Kamçatkadakı Kura poliqonuna qitələrarası ballistik "Yars" raketi də buraxılıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, manevrlər planlı xarakter daşıyır. Burada Hava Kosmik Qüvvələrinin, Cənub Hərbi Dairəsinin, Strateji Təyinatlı Raket Qoşunlarının, Şimal və Qara dəniz donanmasının qüvvə və vasitələri iştirak edir.
MN-dən bildiriblər ki, strateji cilovlama təlimləri əvvəlcədən, hərbi idarəetmə orqanlarının, buraxılış-döyüş heyətlərinin, hərbi gəmilərin və strateji raketdaşıyıcıların heyətlərinin qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə hazırlığının, o cümlədən strateji nüvə və qeyri-nüvə qüvvələrinin cəbbəxanasının etibarlılığının yoxlanılması məqsədi ilə planlaşdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Putin və Lukaşenko ballistik raketlərin buraxılmasını izləyirlər VİDEO
* Prezidentliyimi “böyük qardaş”la məsləhətləşəcəyəm - Lukaşenko
* Şoyqu Putinə ABŞ-ın sualtı qayığı ilə qarşıdurmadan danışdı - VİDEO
* Rusiya qoşunları təlimlərdən sonra hərbi bazalarına qayıtmağa başlayıb
Xəbər lenti
0