CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həbsdə olan iş adamları barəsində daha bir cinayət işi başlanıb

© AFP 2023 / PHILIPPE HUGUENqandal
qandal - Sputnik Azərbaycan, 1920, 19.02.2022
Abunə olmaq
Tikinti şirkətinin rəhbəri və təsisçisi barəsində aparılan ibtidai istintaq başa çatıb.
BAKI, 19 fevral — Sputnik. "İdeal-V" tikinti şirkətinin həbsdə olan direktoru Çingiz Məmmədov, şirkətin təsisçisi, faktiki rəhbəri İsa Məmmədov barəsində daha bir cinayət işi başlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, hər iki şəxs dələduzluqda ittiham olunub. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham verilib. İş üzrə 4 nəfər zərərçəkən şəxs tanınıb.
Çingiz Məmmədov və İsa Məmmədov barəsində aparılan ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Eldar İsmayılovun icraatına verilib.
Qeyd edək ki, adıçəkilən şəxslər əvvəllər də mənzil dələduzluğunda ittiham ediliblər. Belə ki, onlar bir mənzili bir neçə nəfərə satıblar. 3,2 milyon manat dələduzluqda təqsirli biliniblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Məmmədov 10 il, İ.Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0