Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

COVID testlərinin nəticəsi niyə gecikir - Səhiyyə Nazirliyindən cavab

© AFP 2023 / RONNY HARTMANNТесты на коронавирус, фото из архива
Тесты на коронавирус, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.02.2022
Abunə olmaq
Qeyd edək ki, dünənki məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 148 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər vəfat edib.
BAKI, 17 fevral — Sputnik. Səhiyyə Nazirliyi götürülən COVID testlərinin nəticələrinin gecikməsinin səbəbini açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, genetik Zakir Bayramov müraciət edən şəxsin nümunəsinin PZR üsulu ilə işləmək üçün bir neçə mərhələdən keçdiyini bildirib.
O qeyd edib ki, öncə nümunədən DNT-nin ekstraksiyası (ayrılması), sonra isə amplifikasiyası (aparatda oxunması) həyata keçirilir:
"Amplifikasiya mərhələsini həyata keçirmək üçün aparata 96 şəxsin nümunəsi yerləşdirilməlidir (məsələn, əgər test CFX96 BioRad cihazında aparılarsa). Əks halda, az sayda nümunənin qoyulması zaman itkisindən kütləvi yoluxmalar zamanı məqsədəuyğun sayılmır. Belə ki, hər üç mərhələni nəzərə aldıqda (ekstraksiya, amplifikasiya və nümunələrin yığılaraq bir məntəqəyə göndərilməsi) PZR testin cavabları 96 nəfər üçün yalnız 3-4 saatdan sonra mümkün olur. Bunu nəzərə alaraq, 10-20 min testi həyata keçirmək üçün xeyli vaxt tələb olunur. Bu səbəbdən də son günlərdə testlərin cavablarının çıxmasında müəyyən gecikmələr müşahidə edilməkdədir".
Qeyd edək ki, dünənki məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 148 yeni yoluxma faktı qeydə alınıb, 7 387 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahının yaydığı məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 759 753 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 703 952 nəfər müalicə olunaraq sağalıb, 9 127 nəfər vəfat edib. 46 674 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 346, bu günə qədər isə ümumilikdə 6 432 504 test icra olunub.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 77 407 vaksin vurulub.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 375, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 869, buster doza üzrə vaksinasiya olunanların sayı isə 72 163 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 12 627 370, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 273 971, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 768 299, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 585 100 təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Koronavirus testləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.02.2022
SƏHİYYƏ
Götürülən testlərin cavabı bəzən 48 saatdan gec verilir
Xəbər lenti
0