CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müharibə əlilləri yüksək texnologiyalı protezlə təmin ediliblər - FOTOLAR

© Photo : Ministry of Labour and Social Protection of the Population (Azerbaijan)Müharibə əlili
Müharibə əlili  - Sputnik Azərbaycan, 1920, 16.02.2022
Abunə olmaq
Ötən dövrdə 44 günlük Vətən müharibəsinin 188 qazisi 196 ədəd yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin olunub.
BAKI, 16 fevral — Sputnik. Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə əlillərinin yüksək texnologiyalı müasir protezlərlə təminatı sahəsində ardıcıl işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2020-ci ilin dekabr ayında bu istiqamətdə işlərə başlanıb.
© Photo : Ministry of Labour and Social Protection of the Population (Azerbaijan)Müharibə əlili
Müharibə əlili  - Sputnik Azərbaycan, 1920, 16.02.2022
Müharibə əlili
Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, ötən dövrdə 44 günlük Vətən müharibəsinin 188 qazisi 196 ədəd yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin olunub.
Eləcə də I Qarabağ müharibəsində, Vətən müharibəsinə qədərki dövrdə hərbi əməliyyatlarda, habelə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əliliyi müəyyən olunmuş 75 hərbçinin də 80 ədəd həmin protezlərlə təminatı həyata keçirilib.
© Photo : Ministry of Labour and Social Protection of the Population (Azerbaijan)Müharibə əlili
Müharibə əlili  - Sputnik Azərbaycan, 1920, 16.02.2022
Müharibə əlili
Beləliklə, 263 müharibə əlili yüksək texnologiyalı 276 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib.
Bu protezlərlə təminat nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində həyata keçirilir.
© Photo : Ministry of Labour and Social Protection of the Population (Azerbaijan)Müharibə əlili
Müharibə əlili  - Sputnik Azərbaycan, 1920, 16.02.2022
Müharibə əlili
Təqdim edilən "Genium" tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Həmin protezlər istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.
Xəbər lenti
0