Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Avropa İttifaqı və Dünya Bankı Azərbaycan üzrə saziş imzalayıb

© AFP 2023 / Brendan SMIALOWSKIDünya Bankının Vaşinqtondakı mənzil-qərargahı
Dünya Bankının Vaşinqtondakı mənzil-qərargahı - Sputnik Azərbaycan, 1920, 16.02.2022
Abunə olmaq
Ümumi büdcəsi 5,25 mln. avro təşkil edən bu üçillik proqram Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.
BAKI, 16 fevral — Sputnik. Avropa İttifaqı (Aİ) və Dünya Bankı arasında Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə inzibati saziş imzalanıb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, ümumi büdcəsi 5,25 mln. avro təşkil edən bu üçillik proqram Aİ tərəfindən maliyyələşdirilir və Dünya Bankı tərəfindən idarə olunur.
Proqramın məqsədi Azərbaycan Hökumətinə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə" uyğun olaraq, məsləhət və analitik dəstəyi və potensialın gücləndirilməsini təmin etməkdən ibarətdir.
Bu dəstək sosial inklüzivliyi və bağlantıları gücləndirməyə, iqtisadi islahatlara təkan verməyə, dövlət sektorunun idarəçiliyini gücləndirməyə və COVID-19-un təsirlərinin səmərəli şəkildə aradan qaldırılmasına kömək edəcək.
Saziş Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri Sara Maykl və Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko tərəfindən imzalanıb. İmzalanma mərasimində İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev iştirak edib.
Qeyd edək ki, AZTAF proqramı hökumətin təxirəsalınmaz prioritetlərinə cavab verən konkret fəaliyyətləri əhatə edir. Bu fəaliyyətlər hökumətin dövlət müəssisələrinin idarəçiliyi, dövlət satınalmaları, su ehtiyatlarının idarə edilməsi, "ağıllı kəndlər", rəqəmsal inkişaf, enerji səmərəliliyi, qadınların sahibkarlıq fəaliyyəti, əlillik və inkluzivlik kimi geniş spektrli prioritetlərini dəstəkləyəcək.
Bundan əvvəl, Aİ-nin qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varhelyi bildirmişdi ki, iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 mlrd. avroluq maliyyə paketi ayrılıb və bu çərçivədə konkret layihələrin reallaşması nəzərdən keçirilir.
Dünya Bankı indiyədək Azərbaycanda reallaşan 72 layihəyə ümumilikdə 4,2 mlrd. dollardan çox vəsait ayırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0