CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tikinti aparılan ərazilərdə arxeoloji tədqiqat məcburi ola bilər

© AFP 2023 / EMMANUEL DUNANDTikinti
Tikinti - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Abunə olmaq
Tikinti aparılan ərazilərdə arxeoloji tədqiqat işlərinin aparılmasının məcburiliyi təklif olunur.
BAKI, 15 fevral — Sputnik. Şəhərsalma və Tikinti Məcəlləsinə tikinti aparılan ərazilərdə arxeoloji tədqiqat işlərinin aparılması məsələlərinin məcburiliyinə dair maddənin daxil edilməsi təklif olunur.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu, Hesablama Palatasının "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın icrası üzrə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyəti üzrə səmərəlilik (performans) auditinin nəticələrinə dair hesabatında qeyd olunub.
Bildirilib ki, audit zamanı Şəhərsalma və Tikinti Məcəlləsində abidələrin və obyektlərin məhv olması və ya korlanması risklərinin mövcudluğu, həmçinin yuxarıda qeyd edilənlərin Məcəllədə əks etdirilməməsi səbəbindən obyektlərin axtarışı və aşkar olunması fəaliyyətlərinin maliyyələşdirilməsinin "dövlət-özəl əməkdaşlığı" prinsipi əsasında özəl sektora ötürülməsi imkanlarından istifadə edilməsinin nəzərdə tutulmaması üzə çıxıb.
Bununla əlaqədar təklif olunur:
- bütün tikinti işləri zamanı aşkar edilə biləcək abidə əlamətli obyektlərin məhv olmasının qarşısının alınması və bu cür obyektlərin axtarışı və aşkar edilməsində "dövlət-özəl əməkdaşlığı" prinsipinin tətbiqi ilə bu fəaliyyətlərlə bağlı büdcə yükünün azaldılması üçün Məcəllədə mədəni irsin qorunmasının təmin edilməsinin bu sahədə dövlət siyasətinin əsas istiqamətləri, tikinti fəaliyyətinin mədəni irs abidələrinə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarının müəyyən edilməsi fəaliyyətinin şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri qismində göstərilsin;
- tikinti aparılan ərazilərdə arxeoloji tədqiqat işlərinin aparılmasının məcburiliyinin və həmin işlərin tikinti aparacaq hüquqi və fiziki şəxslər tərəfindən maliyyələşdiriləcəyinin nəzərdə tutulması.
Qeyd edək ki, Hesablama Palatası Milli Məclisin orqanıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0