Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Qaraheybətdə baş verən helikopter qəzası barədə yenilik var

© Sputnik / Murad OrujovQaraheybətdə şəhid olanların dəfn mərasimi
Qaraheybətdə şəhid olanların dəfn mərasimi - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Abunə olmaq
Helikopter qəzası ilə əlaqədar istintaq açılıb, cinayət işi üzrə şahidlərin ifadəsi alınıb, digər zəruri təhqiqatlar aparılıb.
BAKI, 15 fevral — Sputnik. DSX-nin helikopter qəzası ilə bağlı çox aktiv istintaq aparılıb. 20 gün ərzində biz helikopterin qara qutusunun Avropada oxunmasını təmin etdik.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib.
O bildirib ki, müxtəlif qurumlardan rəyin alınması təmin edilib:
"Həmin helikopterin hərəkətlərini imitasiya edən şərait yaratdıq. Pilotların helikopterin idarəetməsində yol verdiyi səhvlər çoxsaylı hərbi qulluqçuların həyatını itirməsinə səbəb oldu. İstintaq işləri davam edir. İstintaqçılar bu məslədə digər qanun pozuntularını da üzə çıxarmaq üçün işləri davam etdirir. Bu istiqamətdə yekun qərar hələ ki, yoxdur".
"Kobud səhvlər onun qəzaya uğramasına səbəb olub"
Xatırladaq ki, helikopter qəzası ilə əlaqədar istintaq açılıb, cinayət işi üzrə şahidlərin ifadəsi alınıb, digər zəruri təhqiqatlar aparılıb.
Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov Baş Prokurorluğun noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələr haqda jurnalistlər üçün keçirilən brifinqdə deyib ki, helikopterin idarə edilməsi zamanı çoxsaylı parametrlər üzrə qeydə alınmış məlumatlar əsasında Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin peşəkar mütəxəssisləri tərəfindən rəy verilib.
Rəydə göstərilən halları təsdiq edən sübutlarla istintaqın hazırkı mərhələsində müəyyən edilir ki, pilotlar eniş zamanı küləyin istiqamətini, eləcə də sürətini nəzərə almayıblar. Onların helikopterin istismar qaydalarına zidd olaraq idarəetmədə yol verdikləri kobud səhvlər onun qəzaya uğramasına səbəb olub.
E.Məmmədov həmçinin qeyd edib ki, qəzaya uğrayan helikopterin zərbə ilə yerə dəyməsi nəticəsində onun sol qapısı və alın şüşəsi yerindən çıxıb. Nəticədə helikopterdəki 4 nəfər çölə atılıb, ikisi hadisə yerində həlak olub, digərləri xəsarətlər alıb. Cinayət işi üzrə istintaq davam edir.
"Heç bir nasazlıq aşkar ediməyib"
İstintaq İdarəsinin rəis müavini, iş üzrə istintaq qrupunun rəhbəri Sənan Paşayev isə öncə qəzaya uğrayan helikopter və onun parametrləri haqda məlumat verib.
Bildirib ki, Dövlət Sərhəd Xidmətinin istismarında olmuş "20-136" bort nömrəli helikopter 2021-ci ildə Rusiya Federasiyasının Kazan şəhərində istehsal olunub və bağlanan müqavilə əsasında DSX-nın istismarına verilib. Bu helikopterlərin ümumi istismar müddəti 35 il - 7 min uçuş saatıdır. İstehsalçı şirkətin təlimatları və normativ sənədlərinə əsasən o, istehsal olunduqdan sonra 8 il müddətində, 2 min saat uçuş həyata keçirildikdən sonra birinci mərhələdə təmir və sazlama işlərinin həyata keçirilməsi labüddür.
Sənan Paşayevin sözlərinə görə, 2020-ci ilin sentyabrında bu helikopterin istismarı təmir məqsədilə dayandırılıb və Saratovda zavoda təmirə göndərilib. Təmirə göndəriləndə helikopterin uçuş saatı 721 saat olub. Təmir müddəti 2021-ci ilin aprelində başa çatıb. Həmin ayın sonunda yenidən sınaq uçuşları həyata keçirilməklə DSX-nın istismarına verilib.
Təmirdən sonra, qəza baş verənədək helikopter ümumilikdə 116 saat uçuş həyata keçirib. Təmirdən əvvəlki və təmirdən sonrakı uçuşlarda helikopterin texniki göstəricilərində heç bir nasazlıq aşkar ediməyib.
"2013-cü ildə bağlanmış müqavilə əsasında zavodda helikopterə quraşdırılmış və "qara qutu" adlandırdığımız, uçuş parametrlərinin avtomatik qeydiyyat sistemi daha müasir, geniştutumlu və daha çox parametrlərlə qeydə alan qeydiyyat sistemi ilə əvəzlənib. Çexiya Respublikası ilə bağlanmış müqaviləyə əsasən 2015-ci ilin iyulunda helikopterə yeni "qara qutu" quraşdırılıb. Sınaq uçuşları həyata keçirilib və mütəxəssislər tərəfindən "qara qutu"nun tam düzgün fəaliyyəti təsdiq olunub", - deyə S.Paşayev bildirib.
"Hündürlük itirilib"
İstintaq idarəsinin rəisi, baş ədliyyə müşaviri Nemət Əvəzov isə bildirib ki, uçuş prosesində hər hansı qanun pozuntusu müəyyən edilməyib. Uçuşun 16-cı dəqiqəsinin 59-cu saniyəsində hündürlük 101, sürət 141 olub. Bu göstəricilər normal hesab edilir. Uçuşun 17-ci dəqiqəsinin 04-10 saniyələri ərzində parametrlərə diqqət yetirildikdə burada da ciddi dəyişiklik müşahidə olunmayıb. Lakin uçuşun 17-ci dəqiqəsinin 14-cü saniyəsindən etibarən dəyişikliklər nəzərə çarpıb:
"Helikopterin şaqqaz dəstəyində çox ciddi dərəcədə artım müşahidə olunub. Yəni, şaqqaz dəstəyi 1.39 dərəcədən 6.96 dərəcəyədək artırılıb. Şaqqaz dəstəyinin funksiyası ondan ibarətdir ki, helikopterin şaquli vəziyyətdə hündürlüyə qalxmasını təmin etməli idi. Şaqqaz dəstəyi 17-ci dəqiqənin 10-cu saniyəsində minimal səviyyədə endirilmişdir ki, bu da helikopterin yerə enməsini təmin etməli idi.
Həmin dəqiqənin 14-cü saniyəsində pilot artıq bu dəstəyin maksimal dərəcədə endirildiyini gördükdən sonra helikopteri xilas etməyə çalışır. Şaqqaz dəstəyi 6.96-ya, növbəti mərhələdə - 17-ci dəqiqənin 17-ci saniyəsində 8.87 dərəcəyə və qəza anında 14.7-ci dərəcəyə qaldırılmışdır. Şaqqaz dəstəyinin maksimal qalxma bucağı 20 dərəcə qəbul olunur. Bu da artıq idarəetmədə mövcud səhvlərin olduğunu göstərir".
İstintaq idarəsinin rəisi hündürlüklərin itirilməsinə diqqət yetirərək bildirib ki, uçuşun 17-ci dəqiqəsinin 10-cu saniyəsindən sonrakı 4 saniyədə 18 metr, növbəti 3 saniyədə isə artıq 30 metrə yaxın hündürlük itirilib.
Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində 14 hərbçi həlak olub, 2 hərbçi yaralanıb.
Digər maraqlı xəbərləri Sputnik Azərbaycan-ın Telegram kanalından izləyin!
Eləcə də oxuyun:
* Şəhid olan iki hərbçinin vərəsələrinə sığorta ödənişlərinin verilməsinə başlanılıb
* Baş prokurorluq qəzaya uğrayan helikopterin "qara qutusu" barədə
* Bir həftədə ailənin iki böyük itkisi: Biri "Əfsanəvi Füzuli Cavadov"
* Helikopter qəzasının qurbanlarına şəhid statusu verildi, ailələrinə sosial ödəniş ediləcək
* "Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım" - Övladını təkbaşına böyütmüş ana
* Atasını tabutda təsvir edərək ürəkləri dağlayan şəhid qızı o rəsm haqqında danışdı
Xəbər lenti
0