Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Oğuzda yanğın baş verib - Dağıntı var

© Sputnik / Ibrahim HashimovOğuzda yanmış kafe
Oğuzda yanmış kafe - Sputnik Azərbaycan, 1920, 11.02.2022
Abunə olmaq
Hadisə yerinə iki yanğınsöndürən maşın və xeyli sayda canlı qüvvə cəlb edilib.
BAKI, 11 fevral — Sputnik. Oğuz rayonundakı ictimai-iaşə müəssisələrindən birində yanğın baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə bu gün radələrində rayon mərkəzindən 20 km aralıda yerləşən Xal-xal kəndində baş verib.
© Sputnik / Ibrahim HashimovOğuzda yanmış kafe
Oğuzda yanmış ev - Sputnik Azərbaycan, 1920, 11.02.2022
Oğuzda yanmış kafe
Kənd sakini Natiq Şəfiyevə məxsus ümumi sahəsi 96 kv metr olan kafe içərisindəki əşyalarla birlikdə tamamilə yanıb.
Hadisə yerinə iki yanğınsöndürən maşın və xeyli sayda canlı qüvvə cəlb edilib. Alov söndürülüb vəətrafa yayılmasının qarşısı alınıb. Yanğının başvermə səbəbi araşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0