Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya aviaşirkəti Bakıya birbaşa reysləri bərpa edir

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidSmartavia şirkətinin təyyarəsi
Smartavia şirkətinin təyyarəsi - Sputnik Azərbaycan, 1920, 10.02.2022
Abunə olmaq
Təyyarə yerli vaxtla saat 16:30-da Pulkovodan uçacaq və 21:15-də Bakıya çatacaq
BAKI, 10 fevral — Sputnik. Rusiyanın "Smartavia" aviaşirkəti Azərbaycan paytaxtına birbaşa müntəzəm reysləri bərpa edir.
Sputnik Azərbaycan aviadaşıyıcının mətbuat xidmətinə istinadla xəbər verir ki, Sankt-Peterburq-Bakı və Bakı-Sankt-Peterburq reysləri 2022-ci il martın 5-dən başlayaraq hər həftənin şənbə günləri yerinə yetiriləcək. Aviabiletlər artıq satışdadır.
Təyyarə yerli vaxtla saat 16:30-da Pulkovodan uçacaq və 21:15-də Bakıya çatacaq. Geri reys isə həmin axşam saat 22:15-də başlanacaq və saat qurşaqlarındakı fərq nəzərə alınmaqla 01:15-də Sankt-Peterburqa çatacaq.
"Smartavia" reyslərinə biletləri aviaşirkətin saytında və bütün satış ofislərində almaq olar. Reyslər barədə dəqiq məlumat almaq, biletləri bronlamaq və almaq üçün "Smartavia" çağrı mərkəzinin +7495-970-00-55 nömrəli telefonundan da istifadə etmək olar.
"Smartavia" şirkətinin məlumatında deyilir: "Adi günlərinizə dost Bakıda rəng qatmağınızı təklif edirik. Mart ayında Bakıda əsl bahar başlanır. Əlverişli temperatur şəraiti maraqlı piyada gəzintilər üçün çox münasibdir. Bakıda baxılmalı yerlər isə çoxdur. Alov qüllələrini, Bakı Kristal Hall salonunu, teleqüllənin günbəzini, Heydər Əliyev Muzey-Mərkəzinin qeyri-adi formalarını görmək istəyirsinizsə, Bakıya gəlin".
Xəbər lenti
0