Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakı metrosunda qadın qatar yoluna yıxıldı

© Sputnik / Murad OrujovBakı metrosu
Bakı metrosu - Sputnik Azərbaycan, 1920, 08.02.2022
Abunə olmaq
Hadisə "Dərnəgül-Həzi Aslanov" istiqamətində hərəkət edən qatar stansiyaya daxil olanda baş verib.
BAKI, 8 fevral - Sputnik. Bakı metrosunda gərgin anlar yaşanıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün saat 21:54-də "Azadlıq prospekti" stansiyasında təxminən orta yaşlarında bir qadın relslərin üzərinə düşüb.
Hadisə "Dərnəgül-Həzi Aslanov" istiqamətində hərəkət edən qatar stansiyaya daxil olanda baş verib.
Təlimata uyğun olaraq dərhal elektrik gərginliyi dayandırılıb. Təcili yardım briqadası çağırılıb. Qadın qatar yolundan çıxarılıb. 10 dəqiqə sonra xətlərə gərginlik verilib, qatar yola salınıb.
Fakt araşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0