Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Omikron" ilə bağlı yeni xəbər - qapanmalar gözlənilirmi?

© AFP 2023 / OSWALDO RIVASQadın manekenə "Omikron" yazısını yapışdırır, arxiv şəkli
Qadın manekenə Omikron yazısını yapışdırır, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.02.2022
Abunə olmaq
Harmancı deyib ki, ölüm saylarında artım yoxdur, bundan sonra da yeni ştammlar yarana bilər.
BAKI, 7 fevral — Sputnik. Dünyada olduğu kimi Azərbaycanda da "Omikron"la bağlı yoluxma sayında yüksək artım görünür.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, "Omikron"a qarşı görüləcək tədbirlər də digər ştamlardakı ilə eynidir: "Peyvənd olunmayanları vaksinasiyaya dəvət edirəm. Yoluxma sayları çox yüksəkdir, amma bu xəstəlik əsasən yüngül keçir. Ölüm saylarında artım yoxdur. Bundan sonra da yeni ştamlar yarana bilər. Qapanmalarla bağlı hökumət qərar verə bilər".
O qeyd edib ki, ÜST və UNİCEF məktəblərin açıq qalmasının tərəfdarıdır: "Qapanmaların lokal olaraq həyata keçirilməsini tövsiyə edirik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0