CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqət: Sabah Abşeronda meteohəssas insanlar üçün əlverişsiz hava olacaq

© AR Ministry of Ecology and Natural ResourcesАбшеронский Национальный парк
Абшеронский Национальный парк - Sputnik Azərbaycan, 1920, 06.02.2022
Abunə olmaq
Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağını, əsasən yağmursuz keçəcəyini bildirib.
BAKI, 6 fevral - Sputnik. Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqlayıb.
Məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-3° isti, gündüz 7-10° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Fevralın 7-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 18°-dək şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Xəbər lenti
0