CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Masazır qəsəbəsində top mərmisi tapılıb

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnik qrupu
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnik qrupu - Sputnik Azərbaycan, 1920, 05.02.2022
Abunə olmaq
Mərmi pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
BAKI, 5 fevral - Sputnik. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsinin ərazisində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnik qrupu hadisə yerinə cəlb edilib.
© Photo : Ministry of Emergency Situations (Azerbaijan)FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnik qrupu
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnik qrupu - Sputnik Azərbaycan, 1920, 05.02.2022
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnik qrupu
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı bir ədəd 152 mm-lik top mərmisi olduğu müəyyən edilib.
Mərmi pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Xatırladaq ki, işğaldan azad edilən Füzuli rayonunun ərazisində 44 günlük müharibə zamanı ermənilərin atıb qaçdığı rakletlər aşkar olunub.
“Füzuli rayon polis şöbəsinin rayonun işğaldan azad edilmiş ərazilərində, keçirdikləri tədbirlər zamanı hava hücumundan müdafiə sistemi olan Osa zenit raket kompleksinə məxsus olan xeyli sayda raketlər aşkar olunub. Dərhal bu barədə aidiyyəti üzrə mina təmizləmə agentliyinin əməkdaşlarına məlumat verilib. Raketlərin təhlükəsiz yerə daşınması istiqamətində müvafiq tədbirlər görülüb”.
Qeyd edək ki, ərazidən aşkar edilən 20-ə yaxın hava hücumundan müdafiə raketlərinə ANAMA- nın mütəxəssisləri tərəfindən baxış keçirilib və müəyyən edilib ki, onlar döyüşə tam yararlıdır. Hazırda işğaldan azad edilən ərazilərdə minatəmizləmə əməliyyatları davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Kəlbəcər sakini müharibə mərmisinin qurbanı oldu - Təfərrüat
Ağdamdakı yeni mobil səhra düşərgəsindən görüntülər
Bərdə-Ağdam Dəmiryolu layihəsi üzrə 10 kilometr ərazi təmizlənib
Xəbər lenti
0