Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

F-35 göyərtə qırıcısı Carl Vinson aviadaşıyanını necə sıradan çıxardı

© AFP 2023 / FABRICE COFFRINIF-35 qırıcısı, arxiv şəkli
F-35 qırıcısı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.02.2022
Abunə olmaq
ABŞ HDQ-nin nüfuzuna və taktikasına, ən etibarlı ABŞ texnologiyaları barədə əfsanəyə yeni sarsıdıcı zərbə vurulub.
“Sürətli dalma” nəslindən səsəqədərki F-35 qırıcısı XXI əsrdə ən uğursuz ABŞ layihəsi sayılır (əgər ümumiyyətlə uçmayan hipersəs raketlərini saymasaq). Təyyarə hipersəs sürətində dağıla, özünü aviatopdan vura, hətta öz avidaşıyanını sıradan çıxara bilər.
ABŞ-ın F-35 Lightning II qırıcısı yanvarın sonunda Cənubi Çin dənizində ABŞ HDQ-nin USS Carl Vinson aviadaşıyanına enərkən qəzaya uğrayıb. Pilot katapult edib, 80 mln. dollardan artıq qiyməti olan təyyarə dənizin dibinə gedib (axtarışlar uğursuz olub). Hadisə zamanı gəmi heyətindən yeddi nəfər yaralanaraq Filippindəki hospitala təxliyə olunub.
İnsident bununla bitməyib. F-35 qırıcısının Carl Vinson aviadaşıyanı ilə toqquşmasından sonra naviqasiya və rabitə sistemləri zədələnib, gəmi Cənubi Çin dənizində qarşısına qoyulmuş vəzifələri yerinə yetirə bilmir, yəni, sıradan çıxaraq heyətlə (6 mindən çox dənizçi), arsenalla (3 min tondan artıq sursat, 100 nüvə başlığı daxil olmaqla), aviaqanadla (təxminən 90 təyyarə və helikopter) böyük aciz hədəfə çevrilib (korpusun uzunluğu 331 metr, uçuş göyərtəsinin eni 77 metr).
Bu ABŞ HDQ-nin nüfuzuna və taktikasına, ən etibarlı ABŞ texnologiyaları barədə əfsanəyə yeni sarsıdıcı zərbədir.
USS Carl Vinson atom aviadaşıyanı başda olmaqla aviadaşıyan zərbə qrupu (AZQ) 2021-ci ilin ikinci yarısında tarixdə ilk dəfə olaraq təlimlər zamanı F-35C göyərtə qırıcılarını, EA-18G Growlers radioelektron mübarizə (REM) təyyarələrini, E-2D Advanced Hawkeyes modernləşdirilmiş uzaq radiolokasiya ələkeçirmə və idarəetmə (ÜRƏİ) təyyarələrini inteqrasiya edib.
ABŞ HDQ-nin komandanlığı ümid edirdi ki, “gözəgörünməzlərin” REM və URƏİ göyərtə təyyarələri ilə birlikdə istifadəsi zərbə qrupunun “ölümsaçanlığını və ölməzliyini” artıracaq, rəqib AZQ-nin yaxınlaşmasını görənədək onun kəşfiyyat, rabitə vasitələrini və qırıcılarını məhv etməyə imkan verəcək. Dinc dövrün reallığı bu cür planları sərt şəkildə korrektə etdi.
Atom aviadaşıyanı öz orderinin gəmiləri ilə birlikdə “banan” respublikaları ilə etibarlı mübarizə üsulu olaraq qalır, müasir dəniz əməliyyatlarında çox zəifdir. “Gözəgörünməzlər” pis uçurlar və çox tez-tez düşürlər.
Cənubi Koreya HHQ-nin F-35A qırıcısı 2022-ci il yanvarın 4-də şassisi sıradan çıxdığına görə “qarnı üstə” məcburi eniş edib. Ötən il noyabrın 17-də Aralıq dənizində Britaniya HDQ-nin HMS Queen Elizabeth aviadaşıyanının aviaqanadından olan F-35B qırıcısı düşüb.
Dekabrda Hokkaydoya Yaponiya Özünümüdafiə qüvvələrinin F-35A qırıcısı uçuş zolağına çırpılıb, daha əvvəl Yaponiyanın F-35A təyyarəsi Şərqi Çin dənizi üzərində radarlardan yox olub.
“Gözəgörünməz”lərlə baş verən mütəmadi insidentlər Pentaqonun narazılığını artırır – təyyarə kütləvi istehsala qəbul edilmir, dünya bazarında F-35-in potensial alıcılarının sayını azaldır. Misal üçün, Yunanıstana “gözəgörünməzlərin” qiyməti (80 mln. dollardan artıq) artıq sərf etmir. BƏƏ F-35 alınmasını dondurub, dekabrda 80 fransız Rafale qırıcısının alınması barədə müqavilə bağlayıb.
Paslanan illüziyalar
Birləşmiş Ştatlar ehtiyat edirlər ki, F-35-in gizli texnologiyaları, stels-ötrüklər də daxil olmaqla, onları dənizin dibindən olsa çıxara və öz tədqiqatlarında istifadə edə bilən Çinin əlinə keçəcək. Güman edirəm ki, amerikalılar lazım olan şeydən qorxmurlar. Gələn dəfə “Şimşək” aviabombasını göyərtəyə sala bilər.
Daha pisi, əgər USS Carl Vinson-a qərb KİV-nin artıq “aviadaşıyanların qatili” kimi dəyərləndirdikləri Çinin Dongfeng 21D qanadlı raketi (mənzili təxminən 1000 km) dəyərsə baş verə bilər. Rusiyanın hipersəs “Zirkon”u həmçinin 1,4 milyard dollar dəyərində olan gəmini suyun dibinə göndərə bilər.
Suda batmış F-35-in stels örtüyü dəniz suyu ilə təmasdan bütün xarakteristikalarını itirəcək. Əvvəllər “gözəgörünməzlər” hətta aviadaşıyanın göyərtəsində rütubətli dəniz havasından bir neçə aya paslanırdılar, bu da amerikalı pilotların böyük narahatlığına səbəb olurdu. Planerlərdəki pas görünməzliyin itməsindən xəbər verir.
Military Watch nəşri qeyd edir: “F-35C qırıcıları 2019-cu ildə çoxillik düzəlişlərdən sonra silahlanmaya götürülüb, lakin yenə də 800-dən çox texniki problemi, məhdud imkanları var. Təyyarələr orta və yüksək intensiv döyüşlərdən çıxmaq qabiliyyətində deyil”.
Bu arada, NATO-nun mart ayında Cold Response 2022 təlimlərinin anonsu verilib. Təlimlər Norveçdə, Norveç dənizi akvatoriyasında iki AZQ-nin (ABŞ-ın USS Harry S. Truman, Britaniyanın HMS Prince of Wales və müşayətedici gəmilər), böyük sayda göyərtə və strateji aviasiyanın (B-1B Lancer) iştirakı ilə keçiriləcək.
Yada salaq ki, alyansın Norveç dənizində analoji Trident Juncture 2018 manevrləri ABŞ HDQ-nin Harry S. Truman atom aviadaşıyanı üşçün tragikomediya ilə bitdi – komandanlııq qasırğa və göyərtənin donması ucbatında havaya bir təyyarə belə qaldıra bilmədi. Sərt qütb zonası amerikalı dəniz piyadalarına desant etməyə imkan vermədi. USS Harry S. Truman-ın flaqmanı olduğu aviadaşıyıcı qrup təlim zonasını erkən tərk etdi.
Güman edirəm ki, martda F-35C-in “uçan kompüterləri” Cold Response 2022 manevrlərində elə səmada donacaqlar, bununla da bir daha ABŞ xarici siyasətinin düşüncəsizliyini, ABŞ-ın yüksək texnoloji silahlar sahəsində geriliyini vurğulayacaqlar.
“Gözəgörünməzlərin” bahalı modernləşdirilməsinə baxmayaraq, Qərbdə F-35 Lightning II-nin gələcəkdə dünya qırıcı aviasiyasında hökmran mövqeyi barədə yayılan şayiələr çox şişirdilib. “Şimşəklər” yalnız kosmik qiymət və aşağı texniki hazırlığın unikal nisbəti sayəsində dünyada məşhurdurlar. Təsadüfi deyil ki amerikalı mütəxəssislər F-35-i “ən pis beş təyyarə”nin siyahısına daxil edblər, Konqres isə dekabrda qanunverici şəkildə ABŞ HHQ-nin F-35 parkının perspektiv ölçüsünü məhdudlaşdırıb.
Xəbər lenti
0