Pekin Olimpiadasında nə qədər tamaşaçı iştirak edəcək?

© REUTERS / PHIL NOBLEQış Olimpiya Oyunları Pekin-2022-nin loqosu, arxiv şəkli
Qış Olimpiya Oyunları Pekin-2022-nin loqosu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.02.2022
Abunə olmaq
Azərbaycanın Olimpiya komandası fevralın 4-18-də keçiriləcək yarışda iki idmançı ilə təmsil olunacaq. Hər iki idmançımız fiqurlu konkisürmə növündə mübarizə aparacaq.
BAKI, 3 fevral — Sputnik. Pekin Olimpiadasında 150 minə yaxın tamaşaçı iştirak edə biləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sessiyası zamanı "Pekin-2022"nin təşkilat komitəsinin vitse-prezidenti Yan Şuan deyib.
O bildirib ki, tamaşaçılar arasında Olimpiadanın bütün iştirakçılarının yaşadığı "Qapalı məkan"dan kənarda qalanlar da yer alacaq. Onlar tamaşaçı yerlərinin təxminən yarısına sahib olacaqlar.
Xatırladaq ki, yanvar ayında təşkilat komitəsi çətin epidemioloji vəziyyətlə əlaqədar biletləri açıq satışdan çıxarmaq və onların müəyyən qruplar arasında bölüşdürüləcəyini bildirib.
Azərbaycanın Olimpiya komandası fevralın 4-18-də keçiriləcək yarışda iki idmançı ilə təmsil olunacaq. Hər iki idmançımız fiqurlu konkisürmə növündə mübarizə aparacaq. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında buz üzərinə çıxacaqlar.
Azərbaycan Olimpiya komandasının bayraqdarı Vladimir Litvintsev fevralın 8-də və 10-da yarışacaq. Yekaterina Ryabovanın yarışı fevralın 15-də və 17-də baş tutacaq.
Pekin Olimpiadasında 19 minə yaxın könüllü çalışacaq
Pekin Qış Olimpiya Oyunlarına ümumilikdə 19 min könüllü cəlb olunub. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin sessiyasında təşkilat komitəsinin vitse-prezidenti Yanq Şuan məlumat verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Boykota rəğmən Olimpiya Oyunlarına baxacaq
Xəbər lenti
0