Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Nazirlikdən ürək-damar xəstələrinə müraciət

© Depositphotos.com / Yacobchuk1Ürək
Ürək - Sputnik Azərbaycan, 1920, 02.02.2022
Abunə olmaq
Nazirlik rəsmisi COVID-19 infeksiyası ilə bağlı ürək-damar xəstələrinə tövsiyə verib.
BAKI, 2 fevral — Sputnik. "Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər fəsildən asılı olmayaraq daim nəzarət altında olmalıdırlar".
Sputnik Azərbaycan xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, kardioloq İlqar Tahiroğlu belə bir tövsiyə edib.
Onun sözlərinə görə, yaz-yay fəslində həmin xəstəliklərdən əziyyət çəkənlərin Günəş şüaları altında qalması, eləcə də isti havada çox vaxt keçirməsi tövsiyə olunmur: "Həmin xəstələr yaz aylarında mümkün olduğu qədər isti hava altında qalmamalı, çoxlu maye qəbul etməlidirlər. Həmçinin dərmanları vaxtı-vaxtında qəbul etmələri tövsiyə olunur.
Soyuq aylarda isə damarlarda spazm yaranır. Bu da meydana gələcək infarkt riskini artırmış olur. Stenti olan şəxslərdə isə vəziyyət daha təhlükəli olur".
Nazirlik rəsmisi əlavə edib ki, COVID-19 infeksiyası bütün bədənə təsir edir: "Ürək də bundan ziyan çəkir. Şəkərli diabet, ürək çatışmazlığı xəstələrindən də yan keçmir. Aritmiya pozğunluğu olanlar bundan əziyyət çəkə bilərlər. Həmin şəxslər daha diqqətli olmalıdırlar".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0