Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Hacı Nuran evlənir: "Xoşbəxtlik hamının haqqıdır, eləcə də mənim" - FOTO

© Photo : Instagram / hacinuranHacı Nuran
Hacı Nuran - Sputnik Azərbaycan, 1920, 29.01.2022
Abunə olmaq
Uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkən Hacı Nuran "Həyat Fondu"nun rəhbəridir
BAKI, 29 yanvar — Sputnik. Tanınmış teleaparıcı Hacı Nuran Hüseynov evlənir. Sputnik Azərbaycan xəbər verir ki, məşhur bu barədə özünün "Instagram" hesabında yazıb:
"Xoşbəxtlik hamının haqqıdır. Eləcə də mənim. Ömrümün 45-ci ilində əlimə bu gülü aldığım zaman içimdən qəribə bir hiss keçdi: dünyada ən gözəl xoşbəxtlik sevib-sevilməkdir... Xoşbəxt o kəsdir ki, sevdiyi xanımla dünya evinə girir. Həyatda, məncə, bundan böyük xoşbəxtlik yoxdur. Ona görə də mənim əzizlərim, sevin, sevilin. Həyat o qədər qısadır ki, onu sevdiklərinizlə mənalı edin. Elə indicə bir dəstə gül alıb o gözəlin görüşünə gedin. Bəzən bir dəstə gül bir kitablıq sözü əvəz edir".
Məlumat üçün bildirək ki, həmişə xeyriyyə addımları ilə tanınan məşhur "Xeyir Körpüsü", "Vətənimdir Azərbaycan" və "Həyat" kimi verilişlərin aparıcısı olub. Uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkən Hacı Nuran "Həyat Fondu"nun rəhbəridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0