Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Dövlət Miqrasiya Xidmətinə müraciət təkmilləşdirilib

© AP Photo / Martin MejiaMiqrant, arxiv şəkli
Miqrant, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.01.2022
Abunə olmaq
Quruma rəsmi internet səhifəsi vasitəsilə onlayn müraciət etmək istəyənlər üçün yeni xidmət yaradılıb.
BAKI, 27 yanvar — Sputnik. Dövlət Miqrasiya Xidmətinin (DMX) rəsmi internet səhifəsində onlayn müraciət imkanı təkmilləşdirilib.
DMX-dən Sputnik Azərbaycan-a bildiriblər ki, quruma rəsmi internet səhifəsi vasitəsilə onlayn müraciət etmək istəyənlər üçün yeni, "Dövlət Miqrasiya Xidmətinə onlayn müraciətin edilməsi və izlənilməsi xidməti" yaradılıb.
DMX-nin rəsmi internet səhifəsi vasitəsilə müraciət edən şəxslər bundan sonra "Əlaqə" pəncərəsinə keçid alaraq müraciətdən sonra "Müraciəti izlə" pəncərəsi vasitəsilə onun nömrəsini qeyd etməklə icra vəziyyəti barədə məlumat əldə edə biləcəklər.
Müraciət ünvanlamaq istəyən istifadəçilər https://www.migration.gov.az/az/apply linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti Azərbaycan Prezidentinin "Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında" 19 mart 2007-ci il tarixli Fərmanına əsasən yaradılıb.
Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.
Azərbaycan ərazisində əcnəbilərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanlarını zəruri informasiya ilə təmin edilməsi, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə Dövlət Miqrasiya Xidmətinin Vahid miqrasiya məlumat sistemi mövcuddur.
Dövlət Miqrasiya Xidmətinin 24 saat fasiləsiz Çağrı Mərkəzi fəaliyyət göstərir. Bununla yanaşı, Dövlət Miqrasiya Xidməti 16 istiqamət üzrə elektron xidmətlər göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0