Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

“Hamıdan sakitləşməyi xahiş edirəm” - yaxud, Ukraynanı kim girov götürüb

© AP Photo / Efrem LukatskyUkrayna hərbçiləri, arxiv şəkli
Ukrayna hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.01.2022
Abunə olmaq
Onların amerikalı həmkarları əmindirlər ki, yaxın gələcəkdə “Ukraynaya görə Rusiya ilə döyüşməli olacaqlar”.
BAKI, 26 yanvar — Sputnik. Qərb siyasətçiləri deyəsən gözlənilən müharibə barədə bəyanatlarla çaş-baş düşüblər, NATO üzrə müttəfiqlər isə cəbhəyə əsgər göndərməyə hazır deyillər. Uzun müddət əhalini Rusiya müdaxiləsi ilə qorxudan Kiyev indi sakitləşməyə çağırır. Bu arada KİV gərginliyi artırmağa davam edir, Ukraynaya silah tədarükü isə artır. Normandiya formatındakı görüş vəziyyəti dəyişə biləcək? RİA Novosti bu məsələni araşdırıb.
Zəhmət olmasa, qızışdırmayın
"KİV-də həddindən çox paramilitar belletristika var. Mən sizə müraciət etmək istərdim, dostlar, həmkarlar: gərginliyi bir az azaldın. Vəziyyət bizə aydındır, təlaş üçün heç bir səbəb yoxdur. Hamıdan xahiş edirəm, sakitləşin", - deyə Ukraynanın Milli təhlükəsizlik və müdafiə şurasının katibi Aleksey Danilov bildirib. Bu şəxs daha əvvəl “Rusiya təhlükəsi” barədə iddia edirdi, lakin indi gözlənilmədən fikrini dəyişib.
Vladimir Zelenski də ukraynalılara müraciət edib. O, “ölkənin şərqində vəziyyətin nəzarət altında olduğuna” əmin edib. “Biz sülh yolu ilə gərginliyin tam azaldılması üçün çalışırıq. Hər şeyi bilirik, hər şeyə hazırıq, ən yaxşısına inanırıq və lazım olan hər şeyi edirik”, - deyən prezident “nəfəs alıb və sakitləşməyi”, mağazalarda qarabaşaq və kibrit almamağı məsləhət görərək bildirib.
Məlum olub ki, müdafiə naziri Aleksey Reznikov da hücumu gözləmir. “Hazırda Rusiya Silahlı Qüvvələri heç bir zərbə qruplaşması yaratmayıb ki, bu da onların sabah hücuma keçəcəklərini göstərsin”, - deyə nazir izah edib.
Üstəlik, Ali Radadan avqust ayında ora göndərilən “Keçid dövrünün dövlət siyasəti haqqında” qanun layihəsi qəfil geri götürülüb. Orada Rusiyanı “təcavüzkar” adlandırırlar, “DXR” və “LXR”-də verilən istənilən sənədlər təsirsiz hesab edilir. Moskvada bu təşəbbüs Minsk razılaşmalarının rədd edilməsi kimi qiymətləndirilib.
Karabinlər satılıb, xəritələr çəkilib
ABŞ və İngiltərədə təbliğ edilən diplomatların təxliyəsi ilə bağlı süjetin məntiqi davamı olmayıb. Avropalılar buna razı olmadılar. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin sözlərinə görə, təxliyədə “hətta minimum ehtiyac” yoxdur.
Buna baxmayaraq, Qərb mediası və siyasətçiləri hərbi isteriyanı qızışdırmaqdan əl çəkmirlər. Məsələn, “The Times” nəşri “rus hücumunu” dəf etmək üçün bir neçə min dolları silah və texnikaya əsirgəməyən Kiyevdən olan 52 yaşlı Marina Jaqlo haqqında reportaj yayımlayıb.
“Həyatımda heç vaxt ovçuluqla məşğul olmamışam. Əsgərlərin hansı tüfəngin daha yaxşı olduğunu müzakirə etdiklərini eşidəndən sonra bu karabini aldım. Əgər bu həddə çatsa, biz Kiyev uğrunda döyüşəcəyik”, - deyə Jaqlo müsahibəsində bildirib.
İngiltərənin başqa bir qəzeti olan “Financial Times” isə “Rusiya blitzkriq vasitəsilə Kiyevi ələ keçirməyi planlaşdırır” başlığı ilə dərc edilib. Danimarkanın “DR” nəşri xəbər verir ki, “Ukrayna 130 min mülki vətəndaşdan ibarət qrup yaradır – Rusiyanın “hərbi təhlükəsinə” reaksiyası belədir”.
Onların amerikalı həmkarları əmindirlər ki, yaxın gələcəkdə “Ukraynaya görə Rusiya ilə döyüşməli olacaqlar”. “Prezident Bayden Rusiyanın işğalı təhlükəsi səbəbindən Baltikyanı ölkələrə və Şərqi Avropaya minlərlə hərbçi, o cümlədən döyüş gəmiləri və təyyarələr göndərməyi düşünür”, - deyə “The New York Times” qəzeti qeyd edib.
Ancaq hamı bunu bəyənmir. “Həqiqətən bizim üçün heç bir strateji əhəmiyyət kəsb etməyən korrupsiyalı Şərqi Avropa ölkəsi uğrunda mübarizə aparacağıq? İndi öz evimizdə baş verənləri nəzərə alsaq? Heç bir normal insan heç vaxt buna bənzər şey etməzdi”, - deyə Hanter Baydenin keçmiş tərəfdaşı Toni Bobulinski “Fox News”-da müzakirə edib.
Eyni zamanda, “Sankei Shimbun” (Yaponiya mediası) qeyd edir ki, Vaşinqton Yaponiyanı inadla Rusiya ilə qarşıdurmaya cəlb edir, Tokiodan “Qərbi məyus etməməyi” tələb edir. “Prezident Bayden və baş nazir Kisida arasında keçirilən son onlayn görüşdə əsas məsələ Ukraynada anti-Rusiya cəbhəsində iştirakın aktivləşdirilməsi olub”, - deyə məqalə müəllifi bildirib.
Media “Ukraynaya ehtimal edilən hücumun” bir çox sxemlərini dərc edib. “Washington Post” ABŞ kəşfiyyatına istinadən bir neçə cəbhədə hücum xəritəsini çəkib. “Bild” qəzetinin mənbələri dərhal döyüş əməliyyatlarının iki variantını təsvir edib.
“Bizim bununla heç bir əlaqəmiz yoxdur və olmayacaq, mən sizə zəmanət verirəm”, - deyə Xorvatiya Prezidenti Zoran Milanoviç bu fonda vurğulayıb. Ölkə NATO-nun üzvüdür, ancaq Rusiya ilə Ukrayna arasında fərziyyə edilən münaqişədə iştirak etmək niyyətində deyil. Əgər müharibə başlasa, Zaqreb xorvat hərbçilərini vətənlərinə qaytaracaq.
Əvvəllər görülməmiş sanksiyalar
Siyasətçilər Rusiyanı “əvvəllər görülməmiş sanksiyalar”la hədələməkdə davam edirlər. Danimarkanın xarici işlər naziri Yeppe Kofodun sözlərinə görə, Moskva ilə 2014-cü ildəkindən daha sərt davranacaqlar.
Cozef Bayden mümkün tədbirləri sadaladı: “SWIFT” beynəlxalq ödəniş sistemi ilə əlaqəni kəsmək, Rusiya banklarına dollarla əməliyyatları qadağan etməkdir. Konqresə qanun layihəsi göndərilib və Rusiyanın yüksək rütbəli məmurlarının, böyük iş adamlarının, jurnalistlərin, eyni zamanda bütün “Şimal axını-2” qaz kəmərinin qara siyahıya salınması təklif edilir.
Hələlik Yelisey sarayı diplomatiyaya etibar edir. Fransa Prezidenti Emmanuel Makron Ukrayna sərhədləri yaxınlığında yaranmış vəziyyətdən narahatlığını ifadə edib və gərginliyi azaltmağa çağırıb. O, öz təkliflərini Almaniya kansleri Olaf Şolzla müzakirə edəcək. Paris və Berlin “Normandiya formatında” dialoqun tərəfdarıdırlar.
Parisdə yanvarın 26-da Almaniya, Rusiya, Ukrayna və Fransadan olan siyasi müşavirlər görüşəcəklər. Orada Moskvanı Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak təmsil edəcək. Avqust ayından bəri bu formatda danışıqlar aparılmayıb.
“Minsk razılaşmaları getdikcə daha çox sarsılır. Kiyevdə deyirdilər ki, sazişlər köhnəldiyi üçün bəlkə də onlara ehtiyac yoxdur. Elə təəssürat yaranıb ki, elə bil artıq onlardan imtina olunub”, - deyən Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru Andrey Kortunov onu da qeyd edib ki, - “Bu görüş Minskə qayıtmaq cəhdidir, şərtləri yerinə yetirməyə və eyni zamanda gərginliyin azaldılmasına nail olmağa hazır olduğunu təsdiqləyir”.
RİA Novosti-nin həmsöhbətinin fikrincə, heç kim böyük müharibə istəmir: "Ukraynada başa düşürlər ki, bundan ölkə üçün yaxşı heç nə alınmayacaq".
Vaşinqton və London əvvəlki kimi Londona silah göndərirlər. Bu günlərdə 90 tondan artıq çəkisi olan silah partiyası Ukraynaya çatdırılıb. ABŞ-da bəyan edirlər ki, “daha çox” verməyə hazırdırlar. Aydındır ki, “Normandiya formatı”nda iştirak etməyən Ağ Ev sadəcə normallaşmada maraqlı deyil. Lakin sözdə amerikalılar “gərginliyi diplomatik yolla azaltmağa” çalışırlar.
Xəbər lenti
0