Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Moskvada yaşayan azərbaycanlılara şad xəbər: Azərbaycan filmləri nümayiş olunacaq - SİYAHI

© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidMoskva, arxiv şəkli
Moskva, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.01.2022
Abunə olmaq
Hər həftənin istirahət günləri Azərbaycan kinosunun inciləri nümayiş olunacaq.
BAKI, 21 yanvar — Sputnik. Moskva şəhərində yanvarın 22-dən fevralın 20-dək Azərbaycan filmləri həftələri keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (VDNX) 14 nömrəli "Azərbaycan" pavilyonunda hər həftənin istirahət günləri Azərbaycan kinosunun inciləri nümayiş olunacaq.
Həmin nümayişlərə giriş sərbəstdir. Həftəlik film nümayişləri çərçivəsində məşhur rejissor və ssenaristlər Rüstəm İbrahimbəyov, Eldar Quliyev, Anar Rzayev, Rasim Ocaqov, Üzeyir Hacıbəyov, Ramiz Fətəliyev, Əbdül Mahmudov, Hüseyn Seyidzadə, Şamil Mahmudbəyov və Yuli Qusmanın filmləri nümayiş etdiriləcək.
Sessiya cədvəli
22.01.2021, saat 14:00. "Gün keçdi" (Rejissor Arif Babayev )
23.01.2021, 13:00. "Qorxma, mən səninləyəm!" (Yuli Qusman).
29.01.2021, 15:00. "Ad günü" (Rasim Ocaqov).
30.01.2021, 15:00. "Bir cənub şəhərində" (Eldar Quliyev).
6.02.2021, 12:00. "İstintaq" (Rasim Ocaqov).
12.02.2021, 14:00. "Qaynana" (Hüseyn Seyidzadə).
13.02.2021, 14:00. "Arşın mal alan" (Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında çəkilmiş film).
19.02.2021, 13:00. "Şərikli çörək" (Şamil Mahmudbəyov)
20.02.2021, 13:00. "Gecə qatarında qətl" (Əbdül Mahmudov).
Tədbiri ziyarət edənlərin sayı zalın ümumi tutumunun 50 faizindən çox olmayacaq, sosial məsafənin saxlanmasına, eləcə də COVID-19 koronavirus infeksiyası pandemiyası ilə əlaqədar tətbiq edilən digər sanitar-epidemioloji normalara və tələblərə əməl olunacaq.
Xəbər lenti
0