Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan bir dəqiqəlik susdu

© Sputnik / Murad OrujovŞəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - Sputnik Azərbaycan, 1920, 20.01.2022
Abunə olmaq
Bütün Azərbaycan ərazisində şəhidlərin xatirəsi yad edilib.
BAKI, 20 yanvar - Sputnik. 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə bu gün saat 12:00-da Azərbaycanın bütün ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, gəmilər, avtomobillər, qatarlar bununla əlaqədar səs siqnalları verib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
Nəticədə Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. 841 nəfər vətəndaşımız həmin dövrlərdə qanunsuz həbslərə və saxlamalara məruz qalıb.
Həmin faciəli günlərdən artıq 32 il keçir. Azərbaycan xalqı bu gün də 20 Yanvar hadisəsini anır. Bu məqsədlə xalq Qanlı Yanvar hadisələrinin qurbanlarının uyuduğu Şəhidlər Xiyabanına axışır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Baş prokuror 20 Yanvar hadisələrinin istintaqından danışdı
* Mövlud Çavuşoğlu 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
* Məşum Yanvar gecəsindən 32 il keçir
* İlham Əliyev sosial şəbəkədə 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
* Larisa Məmmədovanın anası: "O dəhşətli görüntülər gözümün önündədir"
Xəbər lenti
0