Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Moskva və Dubayda Azərbaycan məhsulları nümayiş olunacaq

© Sputnik / Timur SelivanovMade in Azerbaijan sloqani
Made in Azerbaijan sloqani - Sputnik Azərbaycan, 1920, 19.01.2022
Abunə olmaq
Azərbaycan sahibkarları müxtəlif formatlı tədbirlərdə, o cümlədən mütəmadi olaraq beynəlxalq sərgilərdə iştirak edirlər.
BAKI, 19 yanvar — Sputnik. Yerli məhsulların xarici bazarlarda tanıdılması, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə Azərbaycan sahibkarları müxtəlif formatlı tədbirlərdə, o cümlədən mütəmadi olaraq beynəlxalq sərgilərdə iştirak edirlər.
İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, bu ilin birinci rübündə qeyri-neft məhsullarımız Rusiyanın Moskva şəhərində keçiriləcək "Prodexpo 2022" və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq "Gulfood 2022" beynəlxalq ərzaq sərgilərində nümayiş ediləcək.
7-11 fevral tarixlərində keçiriləcək "Prodexpo 2022" beynəlxalq sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 30-dan çox Azərbaycan şirkəti, 13-17 fevral tarixlərində keçiriləcək "Gulfood 2022" beynəlxalq ərzaq sərgisində isə 30-dək yerli şirkət vahid ölkə stendi ilə təmsil olunacaq.
Sərgilər çərçivəsində Azərbaycan sahibkarları xarici iş adamları ilə yeni əməkdaşlıq əlaqələri qurmaq, məhsulların ixracına dair müzakirələr aparmaq imkanı əldə edəcəklər.
Azərbaycan məhsulları Beynəlxalq Qida və İçki Sərgisində nümayiş olunur
Xatırladaq ki, yanvarın 18-də Türkiyənin Antalya şəhərində 28-ci Beynəlxalq Qida və İçki Sərgisi öz işinə başlayıb.
Sərgidə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkil etdiyi xüsusi stenddə Azərbaycan sahibkarlarının məhsulları nümayiş olunur. Stendimizdə quru meyvələr, təbii sıxım yağlar, konservləşdirilmiş məhsullar, meyvə şirələri, kofe və çay, giləmeyvələr, zəfəran və ondan hazırlanmış müxtəlif məhsullar, çərəzlər, şirniyyat, şokolad və digər qida məhsulları təqdim edilir. Ümumilikdə Azərbaycanı sərgidə 15 mikro və kiçik sahibkar təmsil edir.
Sərgi çərçivəsində Azərbaycan sahibkarları istehsal etdikləri məhsulları nümayiş etdirməklə yanaşı, Türkiyə və digər ölkələrin iş adamları ilə məhsul satışı və yeni əməkdaşlıq imkanlarına dair müzakirələr aparacaqlar.
Xəbər lenti
0