Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Diqqət: Sabah Bakıda avtobusların hərəkət sxemi dəyişdiriləcək

avtobus - Sputnik Azərbaycan, 1920, 19.01.2022
Abunə olmaq
Parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
BAKI, 19 yanvar — Sputnik. 20 Yanvar faciəsinin 32-ci ildönümü günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə keçiriləcək anım tədbiri ilə əlaqədar Parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, qeyd olunan küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.
Sərnişin avtobuslarının hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar vətəndaşlara müraciət edib.
Müraciətdə deyilir ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar ziyarətçilərin təhlükəsizliyi, rahat və fasiləsiz hərəkəti, xüsusi karantin rejim qaydalarına uyğun olaraq təşkil ediləcək. Ziyarətçilər mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafəni gözləməli, 10 nəfərdən artıq olmamaqla qrup halında hərəkət etməlidirlər.
Xəbər lenti
0