CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan iyirmi bir məhbusu İrana ekstradisiya edib

© AFP 2023 / MARVIN RECINOSQandal
Qandal - Sputnik Azərbaycan, 1920, 19.01.2022
Abunə olmaq
Azərbaycandakı iranlı məhbusların əksəriyyəti narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum edilib.
BAKI, 19 yanvar — Sputnik. Azərbaycan 21 iranlı məhbusu ölkəsinə ekstradisiya edib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə İranın baş prokurorunun hüquq və beynəlxalq məsələlər üzrə müavini Mahmud Abbasi bildirib.
O qeyd edib ki, Azərbaycandakı iranlı məhbusların əksəriyyəti narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum edilib.
M.Abbasi vurğulayıb ki, bu məhkumlardan bəziləri Azərbaycanda 11 il müddətində həbsdə olub.
Xatırladaq ki, ötən ilin iyun ayında da Azərbaycanda həbsdə olan 20 iranlı məhbus Astara sərhəd-buraxılış məntəqəsi vasitəsi ilə İrana ekstradisiya olunub.
Həmin vaxt İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ekstradisiya olunan iranlı məhbuslardan 9-nun qadın olduğunu bildirib.
Seyid Abbas Musəvi qeyd edib ki, ekstradisiya Azərbaycan və İran arasında məhbusların mübadiləsi üzrə dövlətlərarası razılaşma çərçivəsində həyata keçirilib və ekstradisiya olunan şəxslər məhbusluq həyatının qalan hissəsini İran həbsxanalarında keçirəcəklər.
Xəbər lenti
0