Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda avtobus qəzaları, polis möcüzə ilə ölümdən döndü - VİDEO

© Photo : REPORTQəzaya uğramış avtobus
Qəzaya uğramış avtobus - Sputnik Azərbaycan, 1920, 17.01.2022
Abunə olmaq
Şeyx Şamil küçəsində bir avtobus ağaca çırpılıb, Binəqədidə isə iki avtobus toqquşub.
BAKI, 17 yanvar - Sputnik. Bakıda gün ərzində ikinci avtobus qəzası Binəqədi şosesində olub.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, “Çinar Trans” MMC-nin müvəqqəti istismarında olan 133 və 165 nömrəli müntəzəm marşrut xətti üzrə iki avtobus toqquşub. Daşıyıcı şirkət “Çinar Trans” MMC-dən verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər xəsarət alıb.
Hazırda hər iki hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq araşdırma aparılır. Daşıyıcı şirkətlərin rəhbərliyi Agentliyə çağırılıb.
Bakıda bir polis əməkdaşı isə möcüzə nəticəsində ölümdən qurtulub. Yol ayrıcında hərəkəti tənzimləyən polis əməkdaşı iki toqquşan avtomobiln arasında qalsa da, xəsarət almayıb.
----------
16:22
Bu gün saat 15 radələrində Bakıda marşrut avtobusu qəza törədib.
Sputnik Azərbaycan publika.az-a istinadən bildirir ki, Şeyx Şamil küçəsində 77 saylı xətt üzrə hərəkət edən avtobus sürücünün idarəetməsindən çıxaraq dəmir məhəccərlərə çırpılıb və piyada səkisinə çıxıb.
Bu zaman irigövdəli ağac zərbəyə tuş gələrək qırılıb. Hadisənin avtobusda yaranan texniki problem səbəbindən baş verdiyi bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0