Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır - Zaxarova

© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidОфициальный представитель Министерства иностранных дел РФ Мария Захарова
Официальный представитель Министерства иностранных дел РФ Мария Захарова - Sputnik Azərbaycan, 1920, 13.01.2022
Abunə olmaq
Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.
BAKI, 13 yanvar - Sputnik. Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır və tərəfləri bütün mübahisəli məsələləri müstəsna olaraq siyasi və diplomatik vasitələrlə həll etməyə çağırır. Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Biz Ermənistan-Azərbaycan sərhədində növbəti gərginləşmədən ciddi narahatıq. Biz tərəfləri zorakı üsullardan istifadə etməməyə və bütün mübahisəli məsələləri müstəsna olaraq siyasi və diplomatik vasitələrlə həll etməyə çağırırıq", - deyə diplomat bildirib.
Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.
Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.
Ermənistan tərəfi 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi, Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.
Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib.
Həmçinin oxuyun:
Ermənilər Kəlbəcərdən sonra Tovuzda da təxribat törətdilər
Kəlbəcərdə şəhid olan əsgərimizin ölümü ilə bağlı cinayət işi başlanıb
Ermənistan Kəlbəcər rayonundakı mövqelərimizi atəşə tutub
Xəbər lenti
0