Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Böyük futbol Lənkərana qayıdır - bu dəfə Mübariz Mənsimovsuz

© Sputnik / Rahim MuradovXan Lənkəran FK
Xan Lənkəran FK - Sputnik Azərbaycan, 1920, 08.01.2022
Abunə olmaq
İlk vaxtlar azarkeşlər "Xəzər Lənkəran"ın sevgisini onlardan alırdılar. Bəs indi "Xan Lənkəran" üçün nələr dəyişib?
BAKI, 8 yanvar — Sputnik. "Xəzər Lənkəran" Futbol Klubunun əsas komandası fəaliyyətini dayandırdıqdan sonra 5 il müddətində cənub zonası böyük futbolsuz qalmışdı. Amma bir neçə aydır ki, Lənkəranda yeni bir futbol komandası yaradılıb - "Xan Lənkəran".
Komanda artıq özünü cənub futbolsevərlərinə sevdirə bilib. "Xan Lənkəran" İdman Akademiyasının direktoru Emin Təyyaroğlu klub haqqında Sputnik Azərbaycan-a müsahibəsində danışıb.
- "Xan Lənkəran" adının müəllifi və klubun sahibi kimdir?
- Klubun sahibi Pərviz adlı bir şəxsdir. O, Rusiya Federasiyası vətəndaşı olan azərbaycanlıdır və hazırda orada da yaşayır. "Xan Lənkəran" Futbol Klubunun adının müəllifi elə klubun prezidentidir. Sadəcə olaraq o ada biz FK əlavə etdik ki, yəni bizim məqsədimiz sırf futbol, futbolu inkişaf etdirməkdir. Biz konkret futbola qulluq edirik.
© Sputnik / Rahim MuradovXan Lənkəran FK
Xan Lənkəran FK - Sputnik Azərbaycan, 1920, 08.01.2022
Xan Lənkəran FK
- Komandanız neçə müddətdir yaranıb, neçə oyun keçirib?
- Komanda çoxdan yaradılıb, sadəcə olaraq 8 aydır ki, adı dəyişilib "Xan Lənkəran" FK olub. Yarandığı gündən bu günə kimi 12 rəsmi və yoldaşlıq oyunu keçirib. Hazırda Region liqasında təmsil olunur".
- Klubun büdcəsi təxminən nə qədərdir?
- Bunu dəqiq deyə bilmərəm. Yəni nə qədər pul gəlib komandaya, nə qədər xərcləmişik - faktiki hələ əlimizdə büdcə yoxdur. Çünki hələ həvəskar komandadır. Gələcəkdə komanda diviziona düşəndən, klub rəsmiləşəndən sonra büdcəni təyin edəcəyik.
© Sputnik / Rahim MuradovXan Lənkəran FK
Xan Lənkəran FK - Sputnik Azərbaycan, 1920, 08.01.2022
Xan Lənkəran FK
- Klubda oynayan futbolçuların hamısı həvəskardır, yoxsa peşəkarlar da var?
- Komandamızda rəsmi 23 futbolçu var. Onlardan 15 nəfəri təcrübəli futbolçulardır. Peşəkar Liqada, vaxtilə millinin heyətində, Aşağı Divizionda da oynayanlar var. Onların əksəriyyəti keçmiş "Xəzər Lənkəran" Futbol Akademiyasının yetirmələridir və hal-hazırda "Xan Lənkəran"da oynayırlar. İçlərində təcrübəsiz olanlar da var, təbii ki, onlar da yavaş-yavaş təcrübə toplayır və peşəkarlığa doğru gedirlər. Elə ağır oyunlarımız olur ki, komanda qalib gələndə uşaqlara əlavə mükafat verilir.
- "Xan Lənkəran" FK-nın "Xəzər Lənkəran" FK ilə hər hansı sahədə bağlılığı varmı?
- Bircə bağlılıq budur ki, "Xan Lənkəran" FK da "Xəzər Lənkəran" kimi cənubda futbolun inkişafı üçün çalışır. Rəsmi olaraq heç bir bağlantısı yoxdur. Bizim də "Xəzər Lənkəran"a böyük sevgimiz-məhəbbətimiz var. Amma o bir dövr idi, gəldi, getdi. İndi isə "Xan Lənkəran" var, məhəbbətimiz çoxdur, amma bağlantısı yoxdur.
© Sputnik / Rahim MuradovXan Lənkəran FK
Xan Lənkəran FK - Sputnik Azərbaycan, 1920, 08.01.2022
Xan Lənkəran FK
- Bildiyimiz kimi, Azərbaycanda ən çox azarkeşə malik olan futbol klubu "Xəzər Lənkəran" idi. Bəs "Xan Lənkəran" necə, öz xələfi kimi cənub futbolsevərlərinin məhəbbətini qazana bilibmi?
- İlk olaraq azarkeşlər "Xəzər Lənkəran"ın sevgisini bizdən alırdılar. Yəni bizi "Xəzər Lənkəran" kimi görürdülər. Amma bir neçə oyun izləyəndən sonra azarkeşlər anladılar ki, bizim "Xəzər Lənkəran"a heç bir aidiyyatımız yoxdur.
Elə oyunumuz olur, 8 min tamaşaçı gəlir, elə olur, 9 min tamaşaçı gəlir, izləyir. Oyunlarımıza ən azı 4-5 min futbolsevər gəlib izləyir. Yəni mədəni şəkildə belə deyək də: cənub bölgəsi bir az futbola acdır. Zonamızda futbol çox sevilir, hətta elə insanlar var ki, futbolla nəfəs alırlar. Biz də sırf bunları nəzərə alaraq komandanı yaratmışıq. Prezidentimizin bölgələrdə futbolun inkişaf etdirilməsi haqda tapşırığı var və biz də qarşımıza məqsəd qoymuşuq ki, bu tapşırığa əməl edək.
- Emin müəllim, "Xan Lənkəran" FK-nın qarşılaşdığı klublar arasında qatı rəqibinə çevrilənlər varmı?
© Sputnik / Rahim MuradovXan Lənkəran FK
Xan Lənkəran FK - Sputnik Azərbaycan, 1920, 08.01.2022
Xan Lənkəran FK
- Buraya, bu meydana gələn hər bir komanda istəyir ki, bizimlə mübarizə aparıb xal götürsün. Düzdür, bu dəqiqə regionda hamı bizi favorit kimi görür. Öz aralarında artıq bizi lider təyin ediblər. Amma buna baxmayaraq, bizimlə mübarizə aparanlar var.
Məsələn, Cəlilabadın "Ümid" futbol klubu bizimlə qarşılaşmada əzmkar oyun göstərdi. Bacardıqları qədər qələbəyə oynadılar, amma sonda "Xan Lənkəran" komandası qalib oldu. Elə komandalar da var ki, sırf bizimlə mübarizə aparmaq üçün meydana çıxırlar. Amma şükürlər olsun ki, həmişə sonda sevinən tərəf biz oluruq.
- "Xan Lənkəran"dan milli komandaya çağırılan varmı?
- Hal-hazırda yoxdur, amma futbolçularımızın bəziləri əvvəllər milli komandada oynayıblar. Məsələn, İlyas, Qasım, Ülvi, Mahsun, Bəxtiyar Sultanov milli komandanın tərkibində oynayıblar.
© Sputnik / Rahim MuradovXan Lənkəran FK
Xan Lənkəran FK - Sputnik Azərbaycan, 1920, 08.01.2022
Xan Lənkəran FK
- Komanda yüksək liqalara çıxdıqdan sonra klubda uşaq futbolu üçün şərait yaradılması nəzərdə tutulub?
- Nəzərdə tutulub deyəndə, artıq bizim uşaq futbolu komandalarımız fəaliyyət göstərir. Bizdə 10-12 yaş qrupunda bir komanda, 12-14 yaş qrupunda isə digər komanda artıq oynayır. Bu komandaların da məşqçiləri Xəyal və Röyal qardaşlarıdır.
Bir komandamız da Bakıdadır, yəni "Xan Lənkəran" klubunun filialı kimi deyək, o komandaya da "Xan Lənkəran" Futbol Klubunun vitse-prezidenti Rəhman müəllim nəzarət edir. İnşallah, gələn ildən onlar da çempionata qoşulacaqlar. Hazırda isə əsas komandamız diviziona hazırlaşır.
Əsas komandanın baş məşqçisi İqbal müəllimdir, köməkçi məşqçilər isə Cəfər müəllimlə Cəmil müəllimdir. Əlimizdən gələni edirik ki, bu il diviziona düşək. Diviziona düşmək üçün isə bizim hər yaşda komandamız olmalıdır. Bütün hazırlıqlarımızı bu yöndə aparırıq. Artıq 2009-2010-cu il təvəllüdlü uşaqları yığmışıq, məşqlərimiz gedir və bu sahəbə hələ ki sıxıntımız yoxdur.
© Sputnik / Rahim MuradovXan Lənkəran FK
Xan Lənkəran FK - Sputnik Azərbaycan, 1920, 08.01.2022
Xan Lənkəran FK
- Hazırda çempionatda fasilədir, bu dövrdə "Xan Lənkəran" klubu futbolçu transfer etməyi düşünür?
- Artıq bir neçə nəfəri transfer etmişik. 3-4 gün bundan öncə "Sabah FK"-dan, 2-ci Divizionda çıxış edən komandadan futbolçular dəvət etmişik. 2-ci Divizionda oynayan komandalardan 2 nəfərlə danışıqlar gedir. Bu fasilədə 4-5 nəfər futbolçu komandaya gəlib.
- "Xan Lənkəran" Futbol Klubunun hədəfi nədir?
- Məsəl var ki, deyərlər, "Qızıl almağa doğru gedirik". Yəni bizim də bu gün hədəfimiz futbolda ən zirvəyə qalxmaqdır. İndi hələ ki Region liqasındayıq, gələn il, inşallah, qismət olar, 1-ci Diviziona düşərik, ondan sonra da Peşəkar Liqaya yüksələrik.
Son 6 ayda klubda görülən işlər hamısı göz qabağındadır. Bəlkə də Azərbaycanda belə bir futbol klubu yoxdur ki, Region liqasında oynasın, şəxsi bazası və Futbol Akademiyası olsun. Komanda toplanışda olanda öz bazamızda qalırlar, burada qidalanıb, dincəlib, məşq edirlər.
Komanda avtobusuna qədər hər bir şəraitlə təmin olunub. Yəni elə komanda var ki, bizdə olan şərait onlarda yoxdur, 6 ayda biz çox iş görmüşük. Klubumuzda təxminən 80 nəfərə yaxın azyaşlı futbolçumuz var, özü də bizim klubda pul söhbəti yoxdur. Yəni o uşaqların idman geyimləri də tərəfimizdən alınıb verilir, onlar üçün avtobus da ayrılıb.
Bu günə kimi ya top alınması və ya digər şeylər üçün heç bir uşaqdan pul yığılmayıb, hər bir şey klub tərəfindən ödənilir. Bu təkcə aşağı yaş kateqoriyalı komandalara aid deyil, böyüklər üçün də eyni şərait yaradılır. Yəni şükürlər olsun ki, 6 ay ərzində elə böyük addımlar ataraq ölkəyə səs sala bilmişiksə, mən inanıram ki, növbəti 6 ayda daha da yüksək zirvələrdə olacağıq.
© Sputnik / Rahim MuradovXan Lənkəran FK
Xan Lənkəran FK - Sputnik Azərbaycan, 1920, 08.01.2022
Xan Lənkəran FK
- Hal-hazırda "Xan Lənkəran" komandası "Xəzər Lənkəran" Futbol Klubunun bazasında yerləşib. Baza icarəyə götürülüb, yoxsa satın alınıb?
- Xeyr, icarə əsasında bazadan istifadə edirik. Hazırda "Xəzər Lənkəran"ın rəhbəri Mais Mənsimov müəllimlə müqaviləmiz var və bu müqaviləni yeniləyəcəyik, inşallah. Nə qədər qismət olar, buradayıq, Allah qoysa, axıra kimi işləyəcəyik. Mais müəllim də sağ olsun, bizə heç bir çətinlik yaratmadı. Düzdür, burada müəyyən işlər var, çətinliklərimiz var. İnşallah, onları da qısa müddətdə aradan qaldırarıq. Amma nə qədər ki mehribanlıq var, burada qalacağıq və burada da işlərimizi davam etdirəcəyik.
Xəbər lenti
0