Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Taleh Yüzbəyov: Dövlətin pulunun dağılmasının tərəfdarı deyiləm

Abunə olmaq
Aktyor yaradıcılığından, Azərbaycan kinosunun bugünkü vəziyyətindən Sputnik Azərbaycan-a söz açıb. Ətraflı - videomuzda.
Taleh Yüzbəyov... Çəkdiyi, eyni zamanda çəkildiyi hər video ilə insanların qəlbini qazanan aktyor, rejissor və ssenarist. Məşhur hind mahnısı "Jai ho"ya azərbaycanca baxış - "Ceyhun!"la ölkədə böyük ajiotaj yaradan aktyor sonralar çəkdiyi reklamlarla, sosial çarxlarla və qısametrajlı filmlərlə hər kəsin sevgisini qazandı.
Və nəhayət, "Zəhər tuluğu" tammetrajı filmi... Mübaliğəsiz demək olar ki, müəllifi olduğu bu filmi ilə Yüzbəyov yaradıcılığının hələ ki kulminasiya nöqtəsinə çatdı. Bu film aktyorun təbirincə desək, yaradıcılığınin ikinci fəsli oldu.
Son illərin ən çox sevilən siması olan Taleh Yüzbəyov yaradıcılığından, Azərbaycan kinosunun bugünkü vəziyyətindən Sputnik Azərbaycan-a söz açıb.
Aktyor düşünür ki, uğurlu filmin kökündə ssenari dayanır. Ssenari zəif olarsa, filmin uğurlu olacağı sual altındadır: "İnsanlar hekayəyə görə gəlirlər filmə. Filmin ssenarisi zəifdirsə, oradakı aktyorların kim olması, rejissorun kim olması vəziyyəti dəyişməyəcək. Tamaşaçı sevdiyi aktyora görə kinoteatra gəlsə belə, zalı yarıdan tərk edəcək.
Ssenari uğurlu olarsa, hər kəs onun ətrafına toplaşıb, uğurlu bir iş ərsəyə gətirə bilər. Kino elə sahədir ki, orada bir nəfərin işi zəif olsa, filmə təsir edəcək".
"Bəlkə də haradasa, Azərbaycanın hansısa ucqar kəndində məndən daha istedadlı insanlar var, onlar internetdən istifadə edə bilmədiklərinə görə bacarıqlarını nümayiş etdirə bilmirlər. Mədəniyyət naziri Anar Kərimov bu yaxınlarda çıxışında qeyd etmişdi ki, təəssüf ki, dövlət büdcəsinə çəkilən filmlər uğursuz alınır, rəflərdə toz basıb. Amma özəl büdcə ilə çəkilən filmlər daha çox uğurlu olur", - Yüzbəyov əlavə edir.
Aktyor bunun səbəblərindən bəhs edib: "Kino müstəqil olmalıdır. Təbii ki, film dövlət və nazirliyin hesabına çəkilərsə, həmin qurum öz maraqlarını ortalığa qoyacaq. Əgər azadlıq istəyirsənsə, öz baxışların varsa, onda sərbəst çək. Başa düşürəm, kino böyük maliyyə tələb edir. Kinoya pul yatırmaq risklidir. Buna hər kəsin imkanı çatmaz. Məsələn, mən kinomu sponsorların hesabına çəkmişəm. Ona görə də onun hər qəpiyinin qədrini bilirəm.
Dövlət kinoya dəstək olmaq istəyirsə, kinoya dəstək olan şirkətləri vergidən azad etməlidir, kinonun özünü vergidən azad etməlidir. Böyük gəlirləri olan şirkətlər də kinoya yatırım etməyə maraqlı olacaqlar. Yaxud da kredit verə bilər. Prodüser pulu götürür, filmi çəkir və ondan qazandığı maliyyə ilə krediti ödəyir, özləri də qazanırlar. Mən dövlətin pulunun dağılmasının tərəfdarı deyiləm".
Həmçinin baxın:
Stilist Anar Ağakişiyev: Bu rənglər yenidən dəbə qayıdacaq
Ucqar dağ kəndinin gənc müəllimi ona yaxın işlə məşğul olur
Gənc rəssam qeyri-adi texnika ilə eyni vaxtda bir neçə portret yaradır
Xəbər lenti
0