Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda yanlışlıqla təcili yardım çağırışlarına görə cərimələr tətbiq olunacaq?

© Sputnik / Murad OrujovBakıda təcili yardım avtomobili
Bakıda təcili yardım avtomobili - Sputnik Azərbaycan, 1920, 05.01.2022
Abunə olmaq
Ölkə sakinləri icbari tibbi sığorta çərçivəsində hələ təcili yardıma müraciət etmək qaydalarına tam öyrəşmədiklərinə görə onların həmçinin yanlış çağırışlarını da bağışlamağa hazırdırlar.
BAKI, 5 yanvar — Sputnik. Yaxın vaxtlarda Azərbaycanda icbari tibbi sığorta sistemi çərçivəsində yanlış çağırışlara görə cərimə tətbiq etmək niyyətində deyillər. Bu barədə Sputnik Azərbaycan-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Samirə Quliyeva bildirib.
Onun sözlərinə görə, tibbi sığorta sistemi hələ yeni işləməyə başlayır və buna görə də Dövlət Agentliyi əhali sistemdən düzgün istifadə etməyi öyrənənə qədər yanlış çağırışlara görə cərimə tətbiq etməyi düşünmür.
"Özəl klinikaların birində belə bir hadisə olub ki, spirtli içki qəbul etdiyinə görə sərxoş vəziyyətdə olan şəxs mütəmadi olaraq çağrı mərkəzinə zəng edərək təcili yardım çağırmaq istəyib. Daha sonra buna bənzər bir zəng daha gəlib. Zəng edən şəxsin ünsiyyət tərzi əvvəlki zəng edənə bənzəyirdi və buna görə də gənc işçi eyni şəxsin zəng etdiyini düşünərək təcili yardım göndərməkdən imtina edib, ancaq həmin şəxs həqiqətən də ağır miokard infarktı keçiribmiş", - deyə Quliyeva qeyd edib.
İcbari tibbi sığorta sosial layihə olduğundan təcili tibbi yardım xidmətinə müraciət qaydaları "103" xidmətində olduğu kimi qalacaq.
Azərbaycanda tibbi sığorta sahəsi hansı güzəştləri əldə edib
Yanlış çağırışa görə cərimələr əhalinin tibbi sığorta sisteminin fəaliyyət göstərdiyi bir çox ölkədə mövcuddur. Türkiyədə cərimə olunduqda günahkar onu tam ödəyənədək ona dərman satışından imtina edirlər.
Rusiyada hakimiyyət təkcə təcili tibbi yardım xidmətinə deyil, həm də polisə və ya yanğınsöndürmə idarəsinə əsassız yanlış çağırışlara görə inzibati sanksiyaların artırılmasını nəzərdən keçirir. Azərbaycanda da bu cür qanunsuz hərəkətlər edənlərdən cərimələr alınır.
Bu arada Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları paytaxtdakı bütün xəstələri çətinliklə əhatə etməyə müvəffəq olurlar. Hər gün şəhərin hər yerinə 2500-ə qədər çağırışa getmək məcburiyyətində olurlar, bayram günlərində isə poliklinikalar işləmədiyinə görə həkim briqadaları bir çağırışdan digərinə getmək üçün daima yollarda olurlar.
Azərbaycanda icbari tibbi sığorta tətbiq olunmazdan əvvəl təcili tibbi yardımda həkimlərin planşetində zəng edənin bütün məlumatlarını əks etdirən xüsusi proqram təminatı vasitəsilə yanlış çağırışlarla mübarizə aparmağı planlaşdırırdılar. Ehtimal edilirdi ki, həkimlər xəstənin elektron sağlamlıq qeydindən istifadə edərək onun xəstəlik tarixçəsi ilə əvvəlcədən tanış ola biləcəklər. Gələcəkdə bu layihənin icrası ilə bağlı əlavə məlumat verilməyib.
Xəbər lenti
0