NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan "OPEC plus”un hasilat artımı qərarını dəstəklədi

© REUTERS / LEONHARD FOEGERЛого ОПЕК в Вене
Лого ОПЕК в Вене - Sputnik Azərbaycan, 1920, 04.01.2022
Abunə olmaq
"Yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevralında daha 7 min barrel artırılaraq 668 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 50 min barrel həcmində olmasını nəzərdə tutur.
BAKI, 4 yanvar - Sputnik. Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 24-cü iclasında, qlobal neft bazarında sabitliyə və balansa dəstək məqsədilə gündəlik neft hasilatının fevral ayında 400 min barrel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.
Bu barədə Azərbaycan Energetika Nazirliyi məlumat yayıb.
"Yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevralında daha 7 min barrel artırılaraq 668 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 50 min barrel həcmində olmasını nəzərdə tutur", - məlumatda deyilir.
Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına qərar verib.
Eyni zamanda 5,8 mln. barrel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılmasına və maydan etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.
Xəbər lenti
0