Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bayram günü sərxoş olan Füzuli sakini əvvəl həkimləri, sonra da polis əməkdalarını söydü

© AFP 2023 / PHILIPPE HUGUENqandal
qandal - Sputnik Azərbaycan, 1920, 03.01.2022
Abunə olmaq
Polis əməkdaşları dərhal həmin ünvana gələrək S.Hüseynovu intizama dəvət etsələr də, o, polis əməkdaşlarına tabesizlik göstərib.
BAKI, 3 yanvar — Sputnik. Füzulidə Təcili Tibbi Yardım Stansiyasının işçilərini təhqir edən və polisə tabesizlik göstərən şəxs saxlanılıb.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Füzuli Rayon Polis Şöbəsinə yanvarın 1-də saat 20 radələrində 8 saylı Qayıdış qəsəbə sakini S.Hüseynovun xəstə olan anası üçün çağırışa gəlmiş Təcili Tibbi Yardım Stansiyasının işçilərini təhqir etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal həmin ünvana gələrək S.Hüseynovu intizama dəvət etsələr də, o, polis əməkdaşlarına tabesizlik göstərib.
S.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb, onun sərxoş vəziyyətdə olması müəyyən edilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib.
Xəbər lenti
0