SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Rusiya XİN rəhbərləri müzakirə aparıblar

© Photo : MFA Azerbaijan14 октября в рамках участия в заседании Совета министров иностранных дел СНГ в Минске министр иностранных дел Джейхун Байрамов встретился с российским коллегой Сергеем Лавровым
14 октября в рамках участия в заседании Совета министров иностранных дел СНГ в Минске министр иностранных дел Джейхун Байрамов встретился с российским коллегой Сергеем Лавровым - Sputnik Azərbaycan, 1920, 30.12.2021
Abunə olmaq
Bayramov və Lavrov telefon danışığı zamanı Moskvada keçirilən görüş barədə də müzakirə aparıblar.
BAKI, 30 dekabr — Sputnik. Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirlər regiondakı cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Bölgədəki son inkişafı nəzərdən keçirən tərəflər, o cümlədən 3+3 məsləhətləşmələr mexanizminin Moskvada baş tutan təsis görüşü, habelə Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələrinin Moskvada keçirilən görüşünə dair fikirlərini bölüşüblər.
Tərəflər, həmçinin ikitərəfli münasibətlər gündəliyinin aktual məsələlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
Telefon danışığı zamanı nazirlər Yeni il münasibətilə təbriklərini bölüşüblər.
Xəbər lenti
0